Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:50

Vaslav Havel belə deyirdi: seçmə sitatlar


-

Oktyabrın 5-də tanınmış dissident, çex yazıçısı Vaslav Havelin 80 illiyi qeyd edilib.

O, Çexoslovakiyanı sovet əsarətindən xilas edən "Məxməri inqilab"ın memarıdır.

Onun Bakıda çap edilən “Fikir Sexi” kitabında yer almış seçmə fikirlərindən:


- Uzun illәr tәqib edilәn vә qәfildәn prezident olan dissidentlәrin dünyanı bir anda dәyişәcәklәrini gözlәmәk, böyük sәhvdir.

Totalitar rejimdә şәrlә üzlәşәn bizlәr, şәrә biganәliyin ilk әlamәtlәrinin tәhlükәsini dәrhal hiss etmәli idik.

Hәrdәn öz-özümә deyirәm ki, müәyyәn dәrәcәdә tarixin sәhvi olmuşam.

Yәni, bәlkә dә ümumiyyәtlә, layiq olmadığım vә sonsuz sayda tәsadüflәrin nәticәsi olmuş vәziyyәtә vә rola düşmüşәm.

- Milli marağa bәnzәr nәsә mövcuddursa, bu, dilin mühafizәsi olmalıdır. KİV-dә danışılan dil, siyasәtçilәrin danışdığı dil sadәcә olaraq biabırçılıqdır.

Demirәm ki, mәn daha yaxşı danışıram, amma әn azından, mәn buna diqqәt yetirirәm.

"Mən sәhәrlәr pivәni dәrman kimi, yatmazdan әvvәl isә yuxugәtirici kimi içirәm. Günorta yemәyinin yanında şәrabı üstün tuturam".

- Mәn sәhәrlәr pivәni dәrman kimi, yatmazdan әvvәl isә yuxugәtirici kimi içirәm. Günorta yemәyinin yanında şәrabı üstün tuturam.

- Yaxınlaşan ölüm haqqında daha tez-tez fikirlәşirәm vә ölümdәn sonra nә olacağı barәdә düşünürәm. Sadәcә düşünmürәm, hәm dә hiss edirәm ki, necәsә ona hazır olmalıyam. Niyә ölmәk istәmәdiyimi dәqiq bilmirәm, amma ölmәk istәmirәm.

- Pyes müәllifindәn daha ağıllı olmalıdır.

- Prezident Putinin (Rusiya prezidenti- red) dövrü yeni diktatura növüdür. Elә tәkcә görünmәyәn forması ilә o daha tәhlükәlidir. Kommunizmin vә kapitalizmin әn pis xüsusiyyәtlәrinin bu növdә birlәşmәsi tәәccüblüdür. Sadә dillә desәm, hakimiyyәtә "keqebeşnik" lәrdәn vә mafiozlardan ibarәt bir quldur dәstәsi gәlib. Hәm dә onlar yaxın keçmişdәn dәrs almış insanlardır, buna görә dә, çox şeyi Brejnev dövründә olduğu kimi açıq etmirlәr.

- Prezident Putinlә nahardan imtina etmәyin mәnası yoxdur. Amma fürsәtdәn istifadә edәrәk, ona xoşagәlmәz suallar vermәk lazımdır.(Ardı aşağıda)

Vaclav Havel-80: Məşhur dissidentin həyatı dostlarının obyektivində



- Qeyri-demokratik şәraitdә söz seçicidәn vә ya әsgәr ordusundan daha çox gücә malik olur. Amma heç vaxt bilmirik ki, reallığa tәsir edәn söz nә dәrәcәdә hәqiqәtdir.

- Daha az şәr nәzәriyyәsi, az şәrin dә, şәr olduğunu istisna etmir.

- Mәn özümü kifayәt qәdәr depressiv insan sayıram, amma yәqin, iradәm o qәdәr güclüdür ki, bunu göstәrmirәm.

- Münaqişәlәri vә cәbhәlәşmәni sevmirәm, harmoniya arzulayıram.

- Artıq qırx ildir ki, mәnim daim kimisә ruhlandırmağımı vә ümid yaratmağımı istәyirlәr. Amma tükәnmәz ümidi hardan alım, deyin siz Allah?

- 1975-ci ildә mәni yalnız hadisәlәrin obyekti olmaq vә hökumәtin mәnimlә nә etmәyi qәrara alacağını gözlәmәk hissi narahat edirdi. Mәni hәbs edәcәklәr, ya yox, daha çox tәqib edәcәklәr, yoxsa daha az. Qәrara aldım ki, elә bir şey edim ki, әksinә, onlar mәnimlә nә etmәli olduqları barәdә narahat olsunlar. Bu psixoloji durumda Qustav Qustaka mәktub yazdım (1975-ci ildә Vaslav Havelin Çexoslovakiya Kommunist Partiyasının MK baş katibinә yazdığı açıq mәktub-red).

- Boş sәhifә üzәrindә oturub işlәmәyi xoşlamıram, istәnilәn başlanğıcdan qorxum var. Bundan hәr yolla yayınmağa çalışıram. Bu mәnada prezidentlik dövrü mәnim üçün yaxşı mәktәb oldu. İstirahәt günlәri istәsәm dә, istәmәsәm dә nitqlәrimi yazmağa mәcbur idim vә heç kim mәndәn bunun üçün ilhamımın olub-olmadığını soruşmurdu.

- Mәn vәtәndaşlıq mövqeyimdәn әl çәkmirәm, amma siyasәti o qәdәr dә diqqәtlә izlәmirәm. O, bәzәn mәni әylәndirir, çünki yarıbulvar sensasiyaları silsilәsi kimi görünür.

- Dәmir pәrdәnin aradan qaldırılmasından vә demokratiya bolluğundan doğan eyforiyadan sonra hansısa әks dalğa gәldi – elә bil cәmiyyәtin qara hisslәri vә instinktlәri üçün qapılar açıldı.

- Ümumi rifah istәyәn ağıllı insanların hamısının tәrәfdarı olmaq istәyәrdim - heç bir konkret ideoloji doktrinanın әsiri olmayan vә hәqiqәti bu doktrinaya uyğun saxtalaşdırmayan insanların.

- Düşünürәm ki, özümdәn sonra qarmaqarışıqlıq vә arxivimdә xaos qoyub getmәk hissi ilә ölmәk mәnә çәtin olardı. Bu, ölümә yüngül bürokratik yanaşmadır.

XS
SM
MD
LG