Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:58

Sumqayıtda prezidentin ad gününə tort bişirildi (VİDEO)


Prezidentin 50 yaşına 12 tonluq, 50 metrlik tort
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00
Direct-ə keçid

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirir ki, bu şəhər iş adamlarının təşəbbüsü ilə dövlət başçısının ad günündə xalqa hədiyyədir. Eldar Əzizov hələ Gəncədə icra başçısı olanda da prezidentin hər ad gününə böyük tort bişirtdirirdi.

Sumqayıt şəhər Kimyaçılar Mədəniyyət Sarayının qarşısındakı meydanda İlham Əliyevin 50 yaşının tamam olması münasibətilə tort təqdim olunub.

Tortu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kəsdi. O, dedi ki, bu, Avropada ən böyük tortdur. 50 metr uzunluğunda olan tortun çəkisi 12 tondur.

AzadlıqRadiosu müxbirinin «Tortdan prezidentin payını göndərdinizmi» sualının cavabında E.Əzizov dedi: «Yox, bu tort camaat üçün bişirilib».

Tədbir konsert proqramı ilə davam edir. Tort ilə polis arasında kordon çəkilib. Adamlara torlar paylanır.

Bundan əvvəl İlham Əliyevin ad günü münasibətilə bu qaydada tort Gəncədə bişirilirdi. Təşəbbüsün müəllifi E.Əzizov həmin vaxt Gəncəyə rəhbərlik edirdi.

Ənənəyə uyğun olaraq tortun uzunluğu İlham Əliyevin yaşından asılı olaraq dəyişir.

BİR NEÇƏ JURNALİST SAXLANIB

Tədbir başa çatandan sonra polis «Azadlıq» qəzetinin əməkdaşı Ramin Deko, Vidadi MəmmədovNazim Cəfərlini saxlayaraq fotoaparatlarını əllərindən alıblar.

Ramin Deko AzadlıqRadiosuna deyib ki, onları Kimyaçılar Mədəniyyət Sarayına aparıblar. Orada Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri və polis müxbirlərin tədbirdən çəkdikləri fotolara baxıblar.
XS
SM
MD
LG