Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:36

Türkan sakinləri yolu bağladılar


Foto: Arxiv
Foto: Arxiv
Dekabrın 27-də bir qrup Türkan qəsəbə sakini torpaqlarının əllərindən alınmasına etiraz olaraq Hövsana gedən yolu bağlayıblar.

Əraziyə polis gəlsə də, yolu açmaq hələ ki, mümkün olmayıb.

Sakinlər iddia edirlər ki, dədə-baba torpaqları polis bölməsi tərəfindən məmurlara satılır.

Polis əməkdaşları isə iddialara münasibət bildirməkdən imtina edərək rəisi gözləməyi tövsiyə ediblər. Amma rəis gəlib çıxmayıb.

Sakinlər deyir ki, bu torpaqların onlara məxsus olması barədə əllərində arxiv sənədləri var. Amma polisdə onlara Abşeron rayon İcra Hakimiyyətindən alınmış yeni sənədlər təqdim edilib. Orada sakinlərdən ərazini tərk etmələri tələb olunur.

Türkan qəsəbə nümayəndəsinin müavini Firudin Məmmədov isə deyilənləri təkzib edib. O deyir ki, kənd sakinləri o torpaqları zəbt ediblər: «Amma bizə aidiyyəti yoxdur. Biz nə torpaq satırıq, nə də ev. Biz heç kimin torpağını zəbt etmirik».

Dekabrın 24-də Türkan qəsəbəsinin girəcəyindəki həyətlərin hasarları traktorla uçurulub.
XS
SM
MD
LG