Yanvarın 17-də Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” adlı sərgi açılıb.
Xəbəri AzərTac yayıb.
Tədbirdə fondun prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi xəbər verilir.
Sərgi Londonun məşhur Phillips de Pury @ Compani qalereyasında açılıb.
Sərginin ideyasının Leyla Əliyevadan gəldiyi, kuratorunun isə Erve Mikaelof olduğu bildirilir.
Açılışda şirkətin rəhbəri Simon de Püri ötən il həyat yoldaşı ilə Bakıya səfəri zamanı Azərbaycan rəssamlarının əsərlərinə heyran qaldığını və nəticədə bu sərgini keçirmək qərarına gəldiyini söyləyib.
Sərgidə 21 Azərbaycan rəssamının-- Altay Sadıqzadənin, Ənvər Əsgərovun, Mirnadir Zeynalovun və b. əsərləri nümayiş olunur.
Leyla Əliyevanın bir neçə rəsminin də qalereyada sərgilənən əsərlər arasında olduğu bildirilir.
Sərginin yanvarın 29-dək Londonda göstəriləcəyi, daha sonra Berlin, Paris, Roma, Nyu-York, Moskva və Bakıda davam edəcəyi xəbər verilir.