Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:26

Salman Rüşdü islamçıların hədəsinə görə festivala getmədi


Mumbayda məscidlərin birinin yaxınlığında Salman Rüşdinin ədəbiyyat festivalına gəlişinə etiraz aksiyası zamanı yazarın maskasını geymiş bir etirazçı "ayaqqabı təmizləyir"... 11 yanvar, 2012
Mumbayda məscidlərin birinin yaxınlığında Salman Rüşdinin ədəbiyyat festivalına gəlişinə etiraz aksiyası zamanı yazarın maskasını geymiş bir etirazçı "ayaqqabı təmizləyir"... 11 yanvar, 2012
Hind əsilli ingilis yazıçısı Salman Rüşdü Hündistanda keçirilən Jaipur Ədəbiyyat Festivalına qatılmaqdan imtina edib.

Bu barədə xəbəri Türkiyə mediası yayıb.

Onun gəlişinə etiraz edən hind din xadimləri festivaldan öncə yazıçını təhdid etmişdilər.

Hətta Darul-Ülum İlahiyyat Məktəbinin başçısı Mevlana Əbdülqasım Numani Hindistan hökumətindən müsəlmanların duyğularına sayğı göstərərək “Şeytan ayələri” kitabının müəllifinin ədəbiyyat festivalına qatılmasına izin verməməsini xahiş etmişdi.

Yanvarın 20-də başlayan festivalın təşkilatçıları Rüşdinin niyə festivala qatılmadığına aydınlıq gətiriblər.

Məlumata görə, xüsusi xidmət orqanları Rüşdini xəbərdar ediblər ki, bəzi radikal qüvvələr ona qarşı sui-qəsd təşkil edə bilər.

Festivalın təşkilatçıları festival boyu Rüşdi ilə video konfrans üsulu ilə bağlanacaqlarına da söz veriblər.

Xatırladaq ki, Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində doğulub. 1961-ci ildə təhsil almaq üçün Böyük Britaniyaya gedib. Kembric Universitetinin tarix fakültəsini bitirib.

1964-cü ildən bu ölkənin vətəndaşlığını alıb.

1988-ci ildə yazdığı “Şeytan ayələri” kitabına görə İranın dini lideri Ayətulla Ruhullah Xomeyni Rüşdi barədə ölüm fitvası çıxarıb.

Kitab çıxdığı ildə mükafat qazansa da, müsəlmanlığa həqarət adıyla Hindistanda yasaq olunub.

2007-ci ildə Britania kraliçası Yelizaveta Salman Rüşdini cəngavər tituluna layiq görüb.

Deyilənə görə, yazıçı 2007-ci ildə keçirilən Jaipur festivalına da qatılıb, amma festival vaxtı heç bir hadisə baş verməyib.

1999-cu il fevralın 19-da Dehlidə Salman Rüşdiyə qarşı etiraz. Müqəvvanın üstündə "Şeytan Rüşdi" yazılıb.
1999-cu il fevralın 19-da Dehlidə Salman Rüşdiyə qarşı etiraz. Müqəvvanın üstündə "Şeytan Rüşdi" yazılıb.
XS
SM
MD
LG