Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:38

''Kustendorf'' festivalı sona çatır


Dieqo Maradona və Emir Kusturisa (solda)
Dieqo Maradona və Emir Kusturisa (solda)
Yanvarın 23-ü Serbiyanın qərbində yerləşən Zlatibor Dağındakı “Mokra Gora” təbiət parkında düzənlənən film və musiqi festivalının beşinci-sonuncu günüdür.

Festival məşhur serb rejissoru Emir Kusturisa tərəfindən 2008-ci ildən Drvenqrad—taxta şəhər adlanan məkanda keçirilir.

Belçika, İngiltərə, Estoniya, İtaliya, Kanada, Qırgızıstan, Makedonya, Meksika, Almaniya, Polşa, Portuqaliya, Rusiya, ABŞ, Serbiya, Fransa və İspaniyanın təmsil olunduğu festivalda 16 ölkədən 20 film yarışır.

Festivalın musiqi proqramında isə Palagay (Rusya), Rosenberg Trio (Hollandiya), Stribor və Trovaci (Serbiya), Adam Stinga (Moldova), Sonido Gallo Negro (Meksika) ile Boban ve Marko Markoviç Orkestrinin də iştirak etdiyi xəbər verilir.

Festivala Benico Del Toro (Porto Riko), Jean-Pierre ve Luc Dardenne qardaşları (Belçika), Jean-Pierre Edelman (Fransa), Zoran Cvijanoviç (Serbiya), Leyla Hatəmi (İran) ve Əsgər Fərhadi (İran) kimi tanınmışların da qatıldığı bildirilir.

Türk mediası bu festivalda tanınmış rejissor Nuri Bilgə Ceylanın da iştirak etdiyini yazır.

Yanvarın 22-də Geylanın bu bölgəyə helikopterlə gəldiyini, məxsusi Emir Kusturisa tərəfindən qarşılandığını vurğulayır.

Jurnalistlərə açıqlamasında Nuri Bilgə Ceylan deyib: “Emir dostumdur. Onun filmlərini sevirəm. Bu yer də marağımı çəkirdi. Çünki haqqında digər adamların söhbətlərini eşitmişdim. Helikopterlə səyahət də çox maraqlıydı. İndiyədək etdiyim ən yaxşı səyahət idi”.

Festivalın ''Çağdaş təşəbbüslər'' adlı bölümünde göstəriləcək 8 filmin arasında Nuri Bilgə Ceylanın ''Bir Zamanlar Anadolu'da'' filmi də var. Film göstəriləndən sonra Ceylanın gənc kinoşünaslarla bir araya gələcəyi də bildirilir.

Xatırladaq ki, 2010-cu ildə Emir Kusturisa Türkiyəyə--Antalya “Altın portakal” film festivalına jüri üzvü kimi dəvət olunmuşdu və Türkiyə mediasında bu gəliş birmənalı qarşılanmamaşdı. Onun bir vaxtlar söylədiyi “biz Islamı sadəcə türklərin zülmündən qurtarmaq üçün qəbul etdik” sözü dönə-dönə vurğulanmış, onu “vətən xaini” adlandırmışdılar.
XS
SM
MD
LG