"Bir Çay Daha Lütfen" kitabının məllifi, Amerika yazıçısı Katharıne Branning İstanbula gəlir.
Kitab Türkiyə və türk insanı barədədir.
Türkiyə mediasının yaydığı xəbərə görə, o, yanvarın 28-də “NT” Mecidiyeköy mağazasında kitablarını imzalayacaq.
NT—təhsil və mədəniyyət mağazaları şəbəkəsidir. Xanım Branning isə səyyah yazıçıdır.
30 il öncə Fransada Göy Mədrəsə slaydını görübən Türkiyəni görməyə gələn yazıçı sonralar dəfələrlə bu ölkədə olub. Hətta “Bir çay daha lütfən” adlı kitab da yazıb.
Kitab türklərin çay mədəniyyətindən yola çıxaraq Türkiyəni və türk insanını anladır.
Xanım Branning-in müşahidəsinə görə, çay türklər üçün dostluğu təmsil edir.
O yazır: “Türklər pürrəngi çaya dovşanqanı deyirlər, onların çayı qara və ya yaşıl deyil, qırmızıdır. Lap hər vətənsevər türkün damarlarndan axan qan kimi. Lap göylərdə qürurla dalğalanan bayraqlar kimi”.
Kitabda müəllif 18-ci Türkiyədə çalışan ingilis səfirinin həyat yoldaşı Lady Montagu ilə xəyali əlaqə qurur və ona məktublar yazır.
Ayrı-ayrı əsrlərdə yaşamış iki qadının gördüyü Türkiyənin rəsmini çəkir.
Sanki üç əsr öncə bir qərblinin çəkdiyi Türkiyə mənzərəsi yaşadığımız əsrdə başqa bir qərbli tərəfindən təzədən çəkilir.
İş orasındadır ki, xanım Montagu üç əsr öncə doğrudan da, Türkiyədə yaşadığı 13 ay boyunca dostlarına və ailəsinə məktublar yazıb.
Onun məktubları öləndən sonra “Səfirlik məktubları” adıyla yayımlanıb və indi də dövrün özəlliklərinin sübutu kimi maraq doğurur.
Xanım Branning-in "Bir Çay Daha Lütfen" kitabı 2010-cu ilin mayında həm ingiliscə, həm də türkcə çıxıb və beynəlxalq aləmdə böyük maraq doğurub.
“Doğrusu bu məktubları Türkiyəyə, türk xalqına, bu ölkəyə, vatandaşlarına olan sevgimin, saygımın sadə bir ifadəsi olmak üzrə uzun ve saf bir təşəkkür məktubu olaraq yazdım. Bu məktublar, otuz il boyunca mənə ikram edilən minlərcə bardak çaya qarşı bir təşəkkürdür” – deyə xanım Branning bildirir.
Xatırladaq ki, Katharıne Branning yazıçılıqdan başqa həm də sənət tarixçisi və kitabxanaçıdır.