Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:45

Çarlz Dikkens Bakıda xatırlanır


Charles Dickens
Charles Dickens
Yanvarın 25-də ”Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində British Counsil-Azərbaycan şirkətinin “Dickens-2012” adlı beynəlxalq layihəsinin növbəti tədbiri baş tutacaq.

Açılan fotosərgidə Britaniya fotoqrafı Suzan Parkhil-in treninqlərinə qatılan 12 fotoqrafın 32 fotosu sərgilənəcək.

Fotoqraflar Çarlz Dikkensin bir əsərindən ilhamlanaraq ona Bakı küçələrində oxşar variasiyalar tapmağa çalışıblar.

Sərgi fevralın 8-dək davam edəcək.

British Concil 2012-ci ili Dikkens ili elan edib.

Sabah adıçəkilən şirkətin layihəsi əsasında həmçinin Dövlət Gənc Tamaşaçılar Teatrının Dikkensin “Oliver Tvist” tamaşasının motivləri əsasında hazırladığı flaşmob aksiya da keçirəcək.

British Concil bu layihə çərçivəsində orta məktəblərdə keçirdiyi müsabiqəyə də yekun vurub.

Müsabiqəyə ölkənin dövlət və özəl məktəblərinin şagirdləri qatılıb. İştirakçılar Dikkensin əsərləri əsasında video və esse hazırlayıblar.

Bu layihə çərçivəsində həmçinin 6 saylı məktəbdə və “Qafqaz” universitetində kinoseanslar təşkil olunub. Şagirdlər “Oliver” və
“Böyük ümidlər” filmlərinə baxıblar.

“Dickens-2012 layihəsinin final mərhələsinin fevralın 4-də Gənc Tamaşaçılar Teatrında keçiriləcəyi xəbər verilir. Müsabiqənin qalibləri də təntənəli şəkildə həmin gün mükafatlandırılacaq.

Xatırladaq ki, layihənin məqsədi bu böyük ingilis yazıçısının yaradıcı irsini tanıtmaq və yaymaq, ölkə vətəndaşlarını yazıçının həyat və yaradıcılığına dair müxtəlif mövzuları araşdırmağa həvəsləndirməkdir.
XS
SM
MD
LG