Dağıstanda - Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının binası neçə illərdir ki, tikilib qurtarmaq bilmir. Əslində bura 1993-cü ilədək «Vətən» kinoteatrının binası olub. Sonradan azərbaycanlılar onu Dram Teatrı üçün alıblar. Bina müasir tələblərə cavab verən qaydada yenidən tikilməyə başlayıb. Amma sonradan bəlli olub ki, inşaat işləri düz aparılmayıb. İşin ləng getməsi azmış kimi, bu problem də bir tərəfdən əngəl yaradıb. Orada olduğumuz müddətdə binada doğrudan da tamaşa hazırlamaq üçün şərait olmadığını gördük.
QRİM OTAĞI DA YOXDUR
Teatrın direktoru, Dağıstanın əməkdar mədəniyyət işçisi Şahlar Mikayıloğlu deyir ki, Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı Rusiyada yeganə Azərbaycan teatrıdır. Bu, Dağıstandakı nüfuzlu teatrlardan biridir. Azərbaycanın klassikləri ilə yanaşı, müasir dramaturqlarının da əsərlərini tamaşaya qoyublar. Amma hələ ki, öz tamaşalarını özgə klublarda, qastrol səfərlərində nümayiş etdirirlər:
«Bakıda Gənc Tamaşaçılar Teatrında olmuşuq, Şəki, İsmayıllı, Qusar, Xaçmaz və digər Azərbaycan bölgələrində tamaşalar oynamışıq. Öz teatrımızda isə hələ ki, işlər qurtarmayıb. Bina düz tikilmədiyi üçün sifarişçi ilə icraçı arasında mübahisə yarandı. Tikinti də ona görə dayanıb. Qrim otağı, başqa şərait də yoxdur. İndi bunlar yenidən layihə hazırlayıblar. Bu il başlayacaqlar. Məncə, bir-iki ilə tikib qurtararlar».
Binanın hazır hissəsini gəzirik. Teatrın rəssamı Aida xanımın «Ulduz» tamaşası üçün nəzərdə tutulan dekorasiyanı döşəmənin üzərində çəkdiyinin şahidi oluruq. Aida xanım 8 ildir teatrda çalışır. Deyir işləmək üçün hər şey var, bircə şəraitdən başqa:
DÖŞƏMƏ ÜZƏRİNDƏ DEKORASİYA
«Burada işləmək yaxşıdır. Amma şərait yoxdur. Çəkdiklərimizi başqa teatrlarda nümayiş etdiririk. Həmçinin Bakıda. Ümumiyyətlə, bu iş üçün ayrıca normal emalatxana olmalıdır. Bizdə isə belə şərait yoxdur. Nə sex, nə də emalatxana var».
Digər otaqlara nisbətən daha böyük salona keçirik. Burada aktyorlar və rejissorlarla görüşürük. Burada Azərbaycandan olan sənətkarlar daxil olmaqla dərbəndlilər çiyin-çiyinə çalışırlar. Hamı öz işindən həvəslə danışır. Amma əlbəttə ki, şərait barədə ürəkaçan heç nə demirlər. Teatrın baş rejissoru, Dağıstanın əməkdar artisti Laləzar Hüseynova ilə söhbətləşirik:
«Uğurlu tamaşalarımız çox olur. Amma teatrın binası hazır olsa, daha çox işlər görə bilərik. Çünki həddən artıq mehriban, işgüzar kollektivimiz var. Burada söz-söhbət yoxdur. Hamı bir ailə kimidir».
Dağıstanın əməkdar artisti Mahir Məlikov:
««Ulduz» tamaşası qoyulur hazırda. Züleyxanı Kəmalə xanım, Məhəmmədisə mən oynayıram. İşlər əla gedir. Bu yaxınlarda tamaşanı təhvil verəcəyik.
- Züleyxa ilə bacara bilirsiniz?
- Əlbəttə bacarıram».
İKİ İLƏ TİKİLMİŞ LƏZGİ TEATRI
Teatrın gənc aktyor və aktrisaları da işlərindən, oynadıqları obrazlarından danışır. Onları taleyi hələ də sual altında olan binada qoyub oranı tərk edirik.
Dərbəndə gəldiyimiz gün yerli qəzetin şöbə müdiri Hacıkərim Kərimovun dediklərini xatırlayıram. Deyirdi ləzgilər Azərbaycandan ustalar gətirib öz teatr binalarını tikdilər, azərbaycanlılar isə hələ də yarımçıq qalmış binaya baxıb köks ötürməkdə davam edirlər. Yolüstü ləzgi teatrının binasına da baş çəkirik. Həqiqətən də Dərbəndin mərkəzi küçələrindən birində, parkın ortasında yerləşən Ləzgi Dram Teatrının binası olduqca yaraşıqlıdır və müasir tələblərə cavab verir. Elə oradaca söhbətləşdiyimiz azərbaycanlılar bu teatrın çox sürətlə - 2 ilə tikilib ərsəyə gəldiyini deyir və bunu təqdirəlayiq hal kimi qiymətləndirirlər. Amma əlavə edirlər ki, eyni münasibət Azərbaycan Dram Teatrına da göstərilsə daha yaxşı olar:
«Başda oturanlar deyiblər ki, bura parkdır, adamların istirahət yeridir. Əvvəl bu tikilsin, sonra Azərbaycan Teatrı».
Dərbənd rayon İcra Hakimiyyətinin başçısı Qurban Qurbanov isə deyir ki, Azərbaycan Dram Teatrının problemi onun da ağrılı yeridir. Teatr artıq tikilib qurtarmış olmalı idi. Amma 3 ildir orada inşaat işləri dayanıb. Bu məsələ Dağıstan Muxtar Respublikasının prezidenti qarşısında da qaldırılıb. Amma respublikanın büdcəsində maliyyə çatışmazlığı üzündən keçən il ümumiyyətlə tikintiyə pul ayrılmayıb. İcra başçısı güman edir ki, 2013-cü ildə bu işi 2 ilə yekunlaşdırmaq üçün böyük vəsait ayrılacaq:
«HEYDƏR ƏLİYEV FONDUNA MÜRACİƏT EDƏK»
«Əlbəttə ki, bu, problemdir. Belə bir istəyimiz var ki, bu il Heydər Əliyev Fonduna müraciət edək. Bəlkə Azərbaycan kömək edə bu teatrın inşasına. Çünki Rusiya Federasiyasında bu, yeganə Azərbaycan Dövlət Teatrıdır».
Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı ötən əsrin əvvəllərində yaranıb. 1904-cü ildə Rusiya İmperiyasının Daxili İşlər Nazirliyi tərəfindən teatrın nizamnaməsi təsdiqlənib. İlkin adı «Dərbənd Türk Dram Teatrı» olub. Azərbaycanın bir çox tanınmış teatr xadimləri buranın yetirməsidir. 1930-cu illərdə sonradan SSRİ xalq artisti adına layiq görülmüş İsmayıl Dağıstanlı bu teatrda rejissor işləyib.
İndi Dərbəndin mərkəzində - Lenin küçəsində şəhər sakinlərinin keçmiş «Vətən» kinoteatrı kimi tanıdıqları bir bina var. Binanın üzərində Vladimir İliç Leninin sovetlər dönəmində yazılmış bir kəlamı hələ də qalmaqdadır. «İncəsənət xalqa məxsusdur». Dərbənd əhalisinin əsasını təşkil edən azərbaycanlılar isə doğrudan da incəsənətin xalqa məxsus olmasına inanmaq üçün bu binada Azərbaycan Dövlət Dram Teatrının fəaliyyətə başlayacağı günü gözləyirlər.