Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:41

20 Yanvardan 5 gün sonra...


Hüseynqulu Məmmədov
Hüseynqulu Məmmədov
Lənkəran faciəsindən 22 il ötür. Həmin hadisələrdə 5 nəfər yerli sakin və 1 hərbiçi həlak olub. Xalq hərəkatının 46 nəfər fəalı həbs edilərək Rusiyanın müxtəlif həbsxanalarına aparılıb. Onlardan da bir nəfər - Taryel Abdullayev helikopterdəcə boğularaq öldürülüb...

Düz 22 il əvvəl yanvarın 22-də, Sovet silahlı qüvvələrinin bəzi hissələri Lənkəran şəhərini mühasirəyə almışdılar. Qeyri-dəqiq məlumata görə, bu əməliyyatda 2 mindən çox hərbçi iştirak edib. Paytaxt Bakıda 130-dan çox, Neftçalada isə 2 nəfəri qətlə yetirən ordunun növbəti hədəfi Lənkəran idi.

Hadisələrin iştirakçısı Hüseynqulu Məmmədov:

«QOŞUN HİSSƏLƏRİ ŞƏHƏRƏ GİRDİLƏR...»

«Qoşun hissələri şəhərə girdilər, ancaq qırğın törətmədilər. Lənkəranın ətrafında o dövrdə çoxlu sovet hərbi hissələri yerləşdirilmişdi. Burada tank, zenit polkları var idi. Bu hərbi hissələrdə 50-60 min hərbçi var idi. Onlar deyilənə görə, Lənkəran Xalq Cəbhəsinin hərbi hissələrə hücum təşkil edəcəyindən qorxurdular. Nəticədə hərbçilərin ailələri ziyan çəkə bilərdi».

Hadisənin digər iştirakçısı İltifat Rəhimzadə isə deyir ki, o vaxt sovet hərbi hissələrinin komandirləri ilə danışıqlar aparıldı. Razılaşmaya əsasən, Xalq Cəbhəsinin rayon şöbəsi əhalidə olan silahları yığıb onlara təhvil verməli idi. Lakin hadisələr nəzarətdən çıxmışdı. İltifat Rəhimzadənin deməsinə görə, Qarabağa getmək üçün hazırlanmış silahlı dəstə Lənkəran şəhərindən çıxıb dağlara çəkildi. Atışma şəhərdən kənarda baş verdi. O qeyd edir ki, şəhər əhalisinə hərbçilər nəzarət
İltifat Rəhimzadə
İltifat Rəhimzadə
edirdilər:

«26 YANVARDA LƏNKƏRANDA MATƏM MİTİNQİNDƏ ON MİNLƏRLƏ ADAM VAR İDİ»

«Yanvarın 26-da Lənkəranda təşkil edilmiş matəm mitinqində on minlərlə adam var idi. Ətraf rayonlardan da gəlmişdilər. Hərbi vertolyotlar insanların başı üstündə fırlanırdı. Vahimə yaratmaq istəyirdilər ki, adamlar dağılışsın. Lakin heç kim yerindən tərpənmədi. Bunlar xüsusi təyinatlı dəstələr idi. O vaxta kimi onlara «ehtiyatda olanlar» deyirdilər. Onlarda ən aşağı hərbi rütbə leytenant və baş leytenant idi. Bakıda 20 Yanvar faciəsini törədən hərbi hissələrin bir qismini göndərmişdilər Lənkərana».

«1 NƏFƏR SOVET ZABİTİ, ÖZÜNÜMÜDAFİƏ DƏSTƏSİNİN 5 ÜZVÜ HƏLAK OLDU»

Şahidlər deyir ki, sovet hərbi hissələri yanvarın 25-də Lənkəran şəhərində nəzarəti ələ keçirdilər. Yanvarın 11-dən fəaliyyətləri dondurulmuş rayon partiya komitəsi və sovetlərin işi yenidən bərpa olundu. Xalq Cəbhəsinin Lənkəran rayon təşkilatının sədri Əlikram Hümbətovun başçılığı ilə dağlara çəkilmiş yerli silahlı dəstəni zərərsizləşdirmək üçün əraziyə qoşun yeridildi. Atışma nəticəsində 1 sovet zabiti, 5 nəfər özünümüdafiə dəstəsinin üzvü həlak oldu.

TARYEL ABDULLAYEVİ HELİKOPTERDƏ HƏRBÇİLƏR BOĞARAQ ÖLDÜRÜBLƏR

Şahidlər həmçinin deyirlər ki, özünümüdafiə dəstəsi mühasirəyə alınaraq tərksilah edildi. Silahlı dəstənin üzvləri helikopterə mindirilərək Bakıya aparıldı. Şahidlər indi xatırlayırlar ki, tutulanlardan
Mehman Bayramov
Mehman Bayramov
Taryel Abdullayevi helikopterdə hərbçilər boğaraq öldürüblər. Digər tutulanlar isə Rusiyanın Ulyanovsk şəhərinə aparılıblar.

Əsr düşərək Ulyanovska aparılan Lənkəran şəhər sakini Mehman Bayramov həmin günlərdən bunları danışır:

«BİZİ DÖYÜR, AVTOMATLA BAŞIMIZA VURURDULAR»

«Bizi döyür, avtomatın arxası ilə başımıza vururdular. Qollarımızı bağladılar, onların yeri indi də qalıb. Arxadan boynumuza kəndir bağladılar və vertolyotlara mindirdilər. Ondan sonra Lənkəranın Qızılağac kəndinə gətirdilər. Orada maşınlara mindirib Bakıya yola saldılar. Orda da hərbiçilər bizi döyə-döyə Rusiyaya apardılar».

Bir neçə aydan sonra evə buraxılan Mehman Bayramov indi də xəstədir. O deyir ki, həbsxanada onlara hər gün işgəncə veriblər. Mehman Bayramov Lənkəranda onlara göstərilən biganəlikdən də narazılıq etdi:

«50 MANAT PUL VERİRLƏR...»

«Haçan 20 Yanvar olur, gəlirlər, veriliş çəkib aparırlar. Başqa vaxt qətiyyən maraqlanan yoxdur. 50 manat pul verirlər, bunu almaq üçün getmişdim Sosial Yardım Fonduna. 3 gün sədr olmadı, indi də deyirlər saat 5-də gələrsən. Ver də, 50 manat nə puldur ki?».

Lənkəranda Şəhidlər Xiyabanı
Lənkəranda Şəhidlər Xiyabanı
Mehman Bayramov deyir ki, 90-cı ilin yanvarında onları həbs edəndə, 46 nəfər olublar. İndi onların çoxu Rusiyaya köçüb, az hissəsi qalıb. Bir çoxları da sürgündə tapdıqları xəstəlikdən vəfat ediblər.

İltifat Rəhimzadə isə deyir ki, Lənkəran hadisələrini araşdırmaq üçün 1992-ci ildə rayon sovetində komissiya yaradılsa da, nəticəsi olmayıb. O xatırlayır ki, 26 yanvardan sonra hadisənin digər iştirakçıları da təqiblərə məruz qalıblar. Eyni zamanda, Lənkəran rayon partiya komitəsinin katibləri, rayon milis rəisi və digər rəhbər adamlar işdən çıxarılıblar:

«HƏMİN HADİSƏLƏRİN QARANLIQ TƏRƏFLƏRİ ÇOXDUR»

«Həmin hadisələrin qaranlıq tərəfləri çoxdur. İndiyə qədər məlum deyil ki, onları kim Lənkərana göndərib? Lənkəranda kimlər onlara dəstək verib? Bakıda baş vermiş 20 Yanvar faciəsindən danışılır, lakin Lənkəran faciəsindən heç nə demirlər. 20 Yanvara bir gün qalmış nə üçün Astaranın keçid məntəqəsində İran qapılarını açdılar? Moskva və Tehran iki ölkə arasında olan keçidi 3 gün nə üçün açıq saxladı? Bu suallara cavab tapılmalıdır».
XS
SM
MD
LG