Bu il martın 1-də Moskvada dünyaca məşhur rəssam Leonardo da Vinçinin yaradıcı irsinə həsr olunmuş nəhəng səyyar sərgi açılacaq.
“Dahi da Vinçi” adlanan sərgidə rəssamın eskizləri, çertyojları, ən məşhur rəsm əsərlərinin reproduksiyaları, həmçinin da Vinçi tərəfindən düşünülüb tapılmış və onun gündəlikləri əsasında təzədən bərpa olunmuş 65 mexanizm təqdim olunacaq.
Rusiya mediası bütün bu kəşflərin 1,4 min kvadrat metr sahədə yerləşdiriləcəyini diqqətə çatdırır və əlavə edir ki, onların bəzisi da Vinçinin öz sağlığında istifadə etdiyi materialdan hazırlanıb.
Sərginin “Mona Lizanın gizlinləri” bölməsi mühəndis Paskal Kottenin kəşfinə həsr olunacaq. Onun düzəltdiyi 240 meqapikselli multispektrli kamera ilə nəinki rəsmin üzünü çıxarmaq, hətta istifadə olunan lakın qatını virtual çəkmək belə mümkün olacaq. Bu kəşf tədqiqatçılara rəsm əsərini yeni çəkiləndəki kimi “görməyə” imkan yaradacaq.
”Dahi da Vinçi” sərgisinin hazırlanması 10 ildən çox vaxt aparıb.
Dahi rəssamın düşündüklərini canlandırmağa İtaliyanın “Antropos” assosiasiyasının (Anthropos Association of Italy) və "Qrand Eqzibişnz” şirkətinin mütəxəssisləri cəlb olunub.
Rusiya Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə gerçəkləşəcək sərginin ekspozisiyasının artıq ölkəyə gətirildiyi və fevralın 19-dək Sankt Peterburqda qalacağı xəbər verilir.
“Dahi da Vinçi”sərgisi Moskvada iyunun axırınadək göstəriləcək.