«Dünyada internetin tənzimlənməsi üçün hansısa qanunvericilik yoxdur. Çin və Rusiya kimi ölkələr çalışırlar ki, bu sahədə ümumi bir qanun qəbul etsinlər. Amma inanmıram ki, belə bir qanun qəbul oluna. Axı interneti süni şəkildə necə tənzimləmək olar?! Mən bunu bilmirəm».
Bunu «Article 19» təşkilatının nümayəndəsi Gabrielle Guillemin fevralın 2-də Bakıda internet azadlığına dair tədbirdə deyib.
«Provayderlər hər bir vətəndaşın internetə birbaşa qoşulmasını minimal təmin etməlidirlər. İnternetə müdaxilə yalnız qanunvericilik icazə verdiyi halda mümkün ola bilər».
Bunu isə həmin tədbirdə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyib.
Avropa Şurasının Bakı Ofisinin rəhbəri Constantin Yerocostopoulos bu sahədə Avropa təcrübəsindən danışıb. O deyib ki, bu sahədə qurum üzv ölkələrə müəyyən tövsiyələr edə bilər.
Fevralın 2-də «Hyatt Regency» otelində «İnternet azadlığı və tənzimlənməsi: Universal perspektivlər və Azərbaycandakı gəlişmələr» mövzusunda konfrans keçirilir. Konfransın təşkilatçısı Media Hüququ İnstitutudur. Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Avropa Şurasının Bakı ofisinin, Böyük Britaniya səfirliyinin nümayəndələri, müstəqil ekspertlər və media nümayəndələri qatılıb.