Özü də harda-harda—Madriddəki 200 yaşı olan adlı-sanlı Prado muzeyində.
Muzeyin bölmələrinə təsadüfi baxışda aşkarlanan rəsm hamını həyəcanlandırıb.
Əvvəlcə tapıntı adi kopya hesab edilib. Araşdırmadan sonra Leonardonun yaradıcılıq emalatxanasının məhsulu olduğu üzə çıxıb.
Ekspertlər əsərin da Vinçinin şagirdi tərəfindən çəkildiyini söyləyirlər.
Amma bu rəsmin bizim alışdığımız Leonardo tablosundan bir fərqi var. Fonda çəmən və dağ mənzərəsi yoxdur.
Sənət biliciləri bu iki tablonun çox oxşar olduğundan heyrətləniblər.
Müəyyən araşdırmalardan sonra bu qərara gəliblər ki, Leonardonun “Mona Liza”sı kimi oxşarı da şah əsər sayıla bilər.
Çünki həm eyni dövrdə çəkilib, həm də dahi rəssamın öz şagirdi tərəfindən işlənilib.
Dünyanın ən tanınmış media orqanları “Mona Liza”nın məskən saldığı Luvr muzeyinin Prado muzeyindəki bu əvəzsiz tapıntısını yaxından izlədiyini xəbər verir. Muzeyin yaxın vaxtlarda mətbuat açıqlaması verəcəyi gözlənilir.
İspaniya qəzetləri isə daha irəli gedərək Pradodakı Mona Lizanın Luvr muzeyindəki Mona Lizadan daha yaxşı durumda olduğunu, aradan keçən 520 ili daha “yüngül” keçirdiyini yazır.
Şagirdin bu əsəri müəlliminin ilə paralel olaraq - yəni eyni vaxtda, tandemdə yaratdığı da güman edilir.
Tablonun əvvəlcə Pradoda sərgilənəcəyi, daha sonra üzərində daha ciddi araşdırılma aparılması üçün Luvra göndəriləcəyi xəbər verilir.
Tapıntı dünya mediasında Mona Lizanın kimliyini bir daha gündəmə gətirib.
Xatırladaq ki, Florensiyalı qumaş-ipək taciri Françesko Bartholomeo Giocondonun 1495-ci ildə evləndiyi Mona Lizanın rəsmi Renesans dövrünün dahi sənətkarı Leonardo da Vinçi (1452-1519) tərəfindən çəkilib.
Soyadına görə həm də Cokonda deyə çağrılan bu əsər dünyanın ən çox tanıdığı rəsmdir.
Mütəxəssislər onun təbəssümünü bütün zamanların ən əsrarəngiz gülümsəməsi sayırlar.
Lizanı qədimdə “tanrı sözü” adlanan Elizabetin qısaldılmış variantı, “Mona” sözünü isə “ömür yoldaşı” kimi yozurlar.
Beləliklə, “Mona Liza”—“Ömür yoldaşım Liza” deməkdir.
Mövzunu izləyəcəyik.