Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:55

Çadranı çıxartmadı, 2 illiyinə həbs olundu


Hind Ahmas 120 avroluq cərimə çekini nümayiş etdirir
Hind Ahmas 120 avroluq cərimə çekini nümayiş etdirir

Fransalı müsəlman qadın həm türmədə oturacaq, həm də 40 min avro ödəyəcək

Fransada niqabsız gəzmək istəməyən bir müsəlman qadın barəsində həbs qərarı çıxarılıb. 32 yaşlı Hind Ahmas ilk dəfə ötən il aprelin 11-də polis tərəfindən saxlanılıb. Həmin vaxt ictimai yerdə başıbağlı gəzdiyinə görə o, 120 avro dəyərində cərimələnib.

Ahmas cəriməni ödəməyəcəyini bəyan edib. Onda polis qadını “Fransız mülki qanunvericiliyinin öyrənilməsi üzrə 15 günlük kurs”a göndərmək istəyib. Amma xanım Ahmas bu kursa getməkdən də imtina edib.

Bundan sonra onu məhkəməyə veriblər. Amma xanım məhkəməyə çadra ilə gəlmək istədiyindən, onu prosesə də buraxmayıblar.

“Əslində mənim yox, hakimin mülkü hüquq üzrə dərslərə ehtiyacı var” deyən Ahmas niqabını çıxarmayacağını bəyan edib. Onun iştirakı olmadan keçirilən proses nəticəsində hakimin hökmü ilə qadını 2 illik müddətinə həbs və 40 min avro civarında cəzasına məhkum ediblər.

Kopenhagendə bu qadını dəstəkləyən etiraz aksiyası təşkil ediblər. Fransanın Danimarkadakı səfirliyi qarşısında keçirilən piketdəki qadınların hamısı çadraya bürünüb. Bundan əvvəl, həmin ölkədə yaşayan müsəlmanlar 40 minlik cərimənin ödənilməsi üçün xüsusi kampaniya təşkil ediblər. Facebook sosial şəbəkəsi vasitəsilə keçirilən aksiya indi də aktivdir.

Hindistandakı müsəlman qadınlar isə onun azadlığa buraxılması ilə əlaqədar Fransa prezidenti Nikola Sarkoziyə ünvanlanan müraciət üçün imzatoplama kampaniyası keçirirlər.
XS
SM
MD
LG