Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:35

Sergey Lavrov Bashar Assadla görüşməyə gedir


Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyaya səfər edir. Onun məqsədi ölkədə yaranmış siyasi böhranın həllində vasitəçilik etməkdir.

11 aydır ki, Suriyada prezident Bashar Assad rejiminin istefası tələbilə kütləvi aksiyalar keçirilir. Hakim rejim etirazları yatırmaq üçün odlu silahdan istifadə edir.

BMT-nin Təhlükəsizlik Şurasında Suriya məsələsi müzakirə olunarkən Rusiya və Çin Bashar Assadin istefasını tələb edən qətnaməyə veto qoymuşdu. ABŞ hər iki ölkəni vətəndaşlarını öldürən Suriya rejiminin müdafiəsinə qalxdığı üçün tənqid etmişdi.

Lavrov demişdi ki, belə bir qətnamə BMT-nin Təhlükəsizlik Şurasının münaqişədə tərəf tutduğu anlamını verə bilər və bu qətnamə isterikadan başqa bir şey deyildi

Fevralın 6-da Suriya hökumət qüvvələri Homsu bombalayıb, 50 nəfərin öldüyü deyilir.
XS
SM
MD
LG