Moskvada Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədova dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə “Min ilin adamı” medalı təqdim olunub.
APA-nın Moskva bürosunun verdiyi bilgiyə görə, medalın təqdimetmə mərasimi Moskvadakı P. Çaykovski adına konsert salonunda baş tutub.
Mərasimdə Rusiya Federasiyası Prezident Administrasiyasının, Federasiya Şurasının, Dövlət Dumasının, BMT-nın İnformasiya Mərkəzinin və UNESCO-nun dəstəyi ilə çıxan “Bizim minilin adamları” ensiklopediyasının da təqdimat mərasimi keçirilib.
Azərbaycanlı rəssamın bioqrafiyası “Bizim minilin adamları” ensiklopediyasına daxil edilib.
İndiyədək “Min ilin adamı” medalına Rusiyanın baş naziri Vladimir Putin, Moskvanın və Rusiyanın mərhum patriarxı II Aleksi və bir çox tanınmış şəxsiyyətlər layiq görülüb.
Xatırladaq ki, Sakit Məmmədov 1958-ci ildə Neftçalada doğulub.
Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Repin adına Rəssamlıq Akademiyasını bitirib.
UNESKO Rəssamalar Birliyinin üzvü və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.
O, Azərbaycanda əsərləri ən baha satılan rəssamlardandır.
Əsərləri bir çox dövlət rəhbərlərinin və tanınmış şəxslərin evini, məşhur kolleksiyaları bəzəyir.
Ötən il rəssam aktrisa Monika Beluccinin portretini naturadan çəkmək üüçn İtaliyaya dəvət olunmuşdu.
İki ol öncə Bakıda—“Qalereya-1969”-da (keçmiş S.Bəhlulzadə salonu) rəssamın fərdi yaradıcılıq sərgisi açılmışdı.