Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Səudiyyə kralı: BMT-yə olan inama zərbə vuruldu


Səudiyyə kralı Abdulla bildirib ki, Suriya hökumətinin dinc sakinlərə qarşı repressiyalarını pisləyən qətnamənin qəbulu baş tutmadığı üçün BMT-nin Təhlükəsizlik Şurasına olan inama zərbə dəyib.

Fevralın 4-də qətnaməyə BMT-nin Təhlükəsizlik Şurasının 2 daimi üzvü Çin və Rusiya veto qoymuşdu.

“Dünyanı ayrı-ayrı dövlətlər idarə edə bilməz. Nə qədər güclü olmasından asılı olmayaraq. Dünya ağıl, ədalət və əxlaqla idarə olunur” – deyə kral qısa televiziya çıxışında bildirib.
XS
SM
MD
LG