Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:53

Şəhriyar Del Gerani. Mədinə 11-ə keçəndə...


Şəhriyar Del Gerani


MƏDİNƏ 11-Ə KEÇƏNDƏ...

(sonsuz Novruzəlinin sonbeşiyi)

Mədinə balacaydı hələ. Oturanda ayaqlarını aralayıb oturardı. Bunu ayıb bilməzdi o. Əcəb xoşlanardı məndən. Görəndə elə bil atasını görərdi.

Mədinənin təkcə beli deyil, əndamı da, baldırları, ayaqları da incəydi. Nərmə-nazik balaca, üzü çilli, gözləri nadinc qızdı.

Hər dəfə məktəbdən qayıdanda qabağıma çıxar, ətrafda adamlar çox olanda baxar keçər, təklikdəsə boynuma sarılardı.

Mən səhər növbəsindəydim, oysa günorta. Həmişə də məktəbə aparan darısqal “bufet” yolunda qarşılaşardıq.

Bir də görürdüm gəlir, əlində də burmalı sok. Pəəh, tez çantasından birini də mənimçün çıxarıb yellədərdi.

Haçansa belə olub qabaqlar, amma indi belə deyil. Yəni, adamlar rastlaşanda əvvəlcə sağollaşıblar, sonra salamlaşıb hal-əhval tutublar.

Qabaqlar məktəb yolunun üstündə bufet vardı. Əsəd dayı işləyirdi o bufetdə. Elə qəşəng bulkuları olurdu Əsəd dayının. Kişmişli, küncütlü. . . həə, bir də “arasıballı” dediyimiz bulkular.

Sonra həmin bufeti dəyişib taxta sexi elədilər. Bulku qoxusunu apilka iyinə dəyişmək məktəblilərə də, müəllimlərə də çətin gəlirdi ilk vaxtlar.

Küçənin bərəkəti qaçmışdı elə bil. Özüm ölüm Mədinə daha o yolda qabağıma çıxmadı. Xeyli görüşmədik.

Deyim dəə, hardasa oktyabrın axırfasonuydu, gülə-gülə boynumu qucaqlayıb çantasından bir burmalı sok çıxarıb: buyur, iç, sarı rəngdi haa, içməmişdən əvvəl fikirrəş – deyib kövrək-kövrək addımladı döngəyə sarı.

Məktəbdə görüşdüyüm qızlar çoxdu. Gündə birinə məktub yazıb, söz göndərib, nömrələşirəm.

Düzdü, mənə də nömrə gələn çox olurdu. Ancaq, hərif deyildim. Bizim evdə iki telefon xətti vardı;biri rayon, digəri dəmiryol.

Dərsdən 2 bir rüb, uzağ başı 2 yarımda (14-ü 15-30 keçəndə) gəlirdim evə.

Əgər “tazə xanə” yoxdursa, yəni, götünə düşüb küçə-küçə sülənəcək bir dılğır dığası kəmdirsə, deməli danışdığım hansısa əyrimçəyə 14-ü nişan vermək olardı.

Bir az rayon xəttiylə məzələnəndən sonra dəmiryol xəttinə zəng gələrdi. Əlbəttə, qırılmaq vaxtıdısa mobillə o biri dingişə bir ədəd ləzzətli vızv.

Nəysə, axşama kimi gic-gic o trupka sənin, bu trupka mənim. Gecəyə görüş hazırdısa deməli çayxana dostlarıyla 101-in yeri məlum.

Beləcə başım çox ciddi, fundamental işlərə qarışdı. Mədinəni heç xatırlamadım. Açığı o uşaq idi deyə, çox baş qoşmurdum.

Bir-iki dəfə ağzın aramışdım ötəri. Heç aybaşı haqqında təsəvvürü belə yoxdu. Neynirəm ee, işim-gücüm qurtarıb, durub əmziyli çağayla maraqlanacaqdım. . .

Haçansa belə olub qabaqlar, amma indi belə deyil. Yəni, adamlar rastlaşanda əvvəlcə sağollaşıblar, sonra salamlaşıb hal-əhval tutublar.

Məzun günü bir də gördüm əlində bir göy qalstuk, bir dəstə gül, bir də qırmızı burmalı sok, Mədinə gəlir düz mənə tərəf. Dönüb arxaya baxdım.

Mahsunun təqvimli şəklindən savayı nəysə yoxdu arxada. Bəlkə də, kimsə. Deyirəm sən canın Mahsuna baxee, adamı lap gülmək tutur. Gəlib haralara çıxıb. Çıxmıb e, yapışıb qalıb. Hələ 95-96-da demirəm. Ağzıqara gədələr qırmızı “zaryatkalı” maqnitafon təzə çıxanda çiyinlərinə qoyub sevdikləri qızların küçələrində o tərəfə “bə-la-lım” bu tərəfə “bə-la-lım”. . . vay dədə vay. Nə əntiqə adamlar var ə. . .

Üzünə gün düşəndə qızca elə maraqlı görünürdü. . . Xırda, nadinc gözləri qıyılır, arıq üzü ifadəli, məsuliyyətsiz görkəm alırdı. Bir-iki addım qabağına gedib gülümsədim. Başını aşağı dikib:

- sənədi, götür, təbrik eliyirəm. Yekə oğlan olasan, inşalla insutta girərsən!
- sağ olasan səni ay Mədinə, nə yaxşı, haralardaydun?
- heeç, buralarda, qızılcaydım, dərsə gəlmirdim
- hmm, həmişə ayaqüstə. . . sən yaxşı qızsan
- yaxşı, tərifləmə yalannan, olar Bakıya gedənnən sora sənə salam göndərim?
- Belə danışma, niyə olmasın. . . bir də ki, necə yəni salam göndərim?Zəng eliyərsən dənə. . .
- Sənin orda telfon nömrəni bilmirəm axı, həm də sənin orda heş tefonun yoxdu axı. . . amma bizim qonşumuz taksi Ağaqulu dayı hər gün Bakıya gedir, ona deyəcəm sənə çoxlu salam desin.

Vallah düzünü deyim, rayon adamlarının o vaxtki avamlığını xatırlayanda darıxıram. O avamlıqda saflıq, səmimilik, adamlıq vardı.

Hələ bizdən əvvəlki nəsil lap şəbih olub ee. Anam danışırdı, bir dəfə nənəm xəbərlərə baxırmış. Aparıcı qız xəbəri təqdim eliyib, sonra Heydəri (Azərbaycanın keçmiş prezidenti) göstəriblər, nənəm tez şalını başına çəkib ki, bəs “ay bala kişinin yanında biyabr olduğ, tez o kirpişin yaylığımı gətirün”. İndi də bu Mədinənin danışığı. Guya Bakı şadlıq sarayıdı, kinoteatrdı nədi?!

Bilmədim nə deyim, naəlaclıqdan

- hə-hə, göndərərsən, yol haqqını özüm ordan verərəm – deyib qızcanı yola verdim. “Yol haqqı” söhbətini heç o indi də oxuyanda başa düşməyəcək. Yenə də nə isə. . .

Haçansa belə olub, amma, indi belə deyil. Yəni, adamlar rastlaşanda əvvəlcə sağollaşıblar, sonra salamlaşıb hal-əhval tutublar.

Elə həmin ili Universitetə qəbul edildim. Bakıda təzəydim, riayətkardım hələ. Metro qapısına yazılmış “söykənməyin”-ə qədər riayət eliyirdim.

Elə burda da baş qarışdı daha ciddi, daha fundamental işlərə. Kirayə qaldığım evlərin sayıyla qovulmaqlarım düz mütanasibdi. Tələbəlik illərini yaxşı keçirdim. And içirəm : Kirayə qaldığım evlərin daman tavanları haqqı, kifli divarları, ayağıqırıq kravatları, rəhmsiz “kozeyka”ları haqqı yaxşı keçdi! Əşşi, pis nədi e? Bircə çətin vaxtım inişilin yayında oldu. Bu “bayraq meydanı” yoxdumu? hə, bax orda fəhlə işləmişəm. Borcum vardı, həkimə. Əə, nəbilimee, qız üzü açmışdım, tikdirmək lazım idi. Ciddi məsələ deyil. Pencəyi ondan ucuz tikirlər. Açığı başqa nələrsə də vardı. Onu yazmayacam. Belə də ki, nəyinizə gərək?! Gedin işinizlə məşğul olun!

Həə, nəyi deyirdim. . . ? Xülasə, bayraq meydanından da qovuldum. Saat 1-2 arası yeməyə çıxırdıq, qayıdıb davam eləmək lazımdı. Mənsə qayıdıb özümü verirdim kölgəliyə. Neyniyim e? İyulun yumurtabişirən günəşində gedib tamet daşımayacam ki! Çox keçmədi iş icraçısı (prorav) gəlib tutdu. Bayraq meydanına da bir quş! Cammaat da elə bilirdi fərli-başlı adamam. Axır ki işlərimi qaydasına saldım. Daha doğrusu qaydasızlığına. . . Yenə də nəysə. . .

Dəqiq xatirimdə deyil rayona neyçün getmişdim. Deyəsən elə Novruz bayramıydı. Deməli belə, eşitdim ki, bizim bu Mədinəni götürüb qaçıblar. Pah atonnan yeri, ayə bu qızca haçan böyüdü? Üstündən 5 il keçib demək, mən iki universitet, gündə bir qız, bir ev dəyişəndə, bu da burda döş-baş çıxardıb, əməlli başlı aybaşı-filan, hə-hə, oğlanlara naz-qoz eləmək zad. . . Hmmm! Nəyə görə bilmirəm, amma, Əsəd dayının bulkuları haqqı yaman təsir elədi mənə. Ərinmədim, getdim o həmin “bufet” yoluna. Eeh, bufet nə gəzir, elə o vaxtı oranı taxta sexi eləmədilərmi?! İndi də “bər-bər xana” olub. Bulku qoxusu. . . apilka iyi. . . adekalon ətri. . . Dəyişdi beləcə burnumuzun havası, öyrəşdik artıq dəyişikliklərə. Hələ bir bəd xəbər də bu yandan - Əsəd dayı ölüb. . . - dedi “sovxoz” Faiq əmməş. Mədinənin yeri görünür o döngədə. Ay səni. . . indi çıxa qabağıma, yüyürə mənə sarı gülümsəyərək. Deyə - al bu soku, sox gözüvə!İllərə bax bir, mənə bax. . . Əsəd dayı beləəə, Mədinə eləəə, bu bər-bər xana da belə!

Haçansa belə olub qabaqlar, amma, indi belə deyil. Yəni, adamlar rastlaşanda əvvəlcə sağollaşıblar, sonra salamlaşıb hal-əhval tutublar.

Bakıdayam. Axşamçağıdı. Darıxıram. Getmək istəyirəm. Çıxıram evdən. Bir-baş avtovağzala. Düz tapdın! Taksi Ağaqulu dayını görməyə. Gedirəm. Allah haqqı soruşacam. Deyəcəm - qadan alım, qurban olum, adım Elşəndi, haçansa səndən mənim adıma qonşunuz Mədinə, sonsuz Novuzəlinin sonbeşiyi salam göndərmiyib ki? Göndəribsə ver o “salam”ı mənə. Sən balanın canı!Neynəmisən o “salam”ı?Al bu aylıq kirayə pulumu da, verirəm sənə, götür. Gedib yığışacam o “salam”ın içinə, orda yatacam, duracam, qalacam orda. . . ay Ağaqulu dayı, deyirəm Mədinə “salam” göndərmiyib ki mənə. Qonşunuz var idi eee? Qonşunuz. . . . sonsuz Novruzəlinin sonbeşiyi...
XS
SM
MD
LG