Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:57

İranda benzin bahalaşır


Foto: Arxiv
Foto: Arxiv
«Subsidiyaların yönəldilməsi üzrə layihə» nin icrasının ikinci fazası çərçivəsində İranda benzin, qaz, su, dizel və mazutun qiyməti artırılacaq.

Bunu İranın sənaye, mədənlər və ticarət naziri Mehdi Qəzənfəri deyib.

Bu barədə MEHR agentliyi xəbər verir.

İran KİV-in məlumatına əsasən, İrandan qonşu ölkələrə ən çox benzin və dizel məhsulları qaçaq yolla daşınır. Hazırda sutkada 63 milyon litr benzin istehlak edən İran bu neft məhsulunun satışına müəyyən limitlər qoyub.

Rəsmi Tehran benzinin bir litrini 50-60 sentə satır.

İranda ev, sənaye kompleksləri, kənd təsərrüfatı sahəsində istifadə olunan qazın qiyməti 8-15 sent, avtomobillər üçün isə 25 sentdir. /Trend/
XS
SM
MD
LG