Bu sözləri APA-ya kinolayihənin mətbuat katibi Şahnaz Abdullayeva söyləyib. Onun sözlərinə görə, hazırda Monica Bellucci ilə bu yöndə danışıqlar aparılır.
Şahnaz Abdullayeva layihəyə digər Hollivud və Avropa aktyorlarının cəlb olunmasının da nəzərdə tutulduğunu deyib.
Hazırda hazırlıq prosesləri gedən filmin çəkilişlərinə mart ayında başlanılacaq.
Çəkiliş qrupu fevralın 1-dən Bakıdadır.
Layihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir.
Layihə 10 filmdən ibarətdir.
Hər filmin uzunluğu 9 dəqiqə olacaq.
Layihənin rejissorları Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan), Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya).
Ssenaristlər isə Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və Aleksandr Novotoskidir.
Layihə 2013-cü ilin əvvəllərində tamamlanmalıdır.