Budapeştin Eötvöş Lorand və Korvinus universitetlərində “Azərbaycan mədəniyyətinin elmi təqdimatı” adı altında tədbirlər keçirilib.
Tədbirləri Azərbaycanın Macarıstandakı Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi təşkil edib.
Azadlıq Radiosunun müxbirinin səfirlikdən aldığı məlumata görə, Macarıstana ezam olunmuş mütəxəssislər həmin universitetlərin tələbə və müəllim – professor heyəti qarşısında Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əhatə edən mühazirələrlə çıxış ediblər. Onlar son dövrlərdə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti və s. məsələlərə toxunublar.
Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq namizədi İlham Nəcəfov “Azərbaycanın musiqi mədəniyyəti” mövzusunda mühazirəsində Azərbaycan milli musiqisi, milli nəfəsli musiqi alətləri barədə ətraflı məlumat verib, ney, tütək, balaban, zurna kimi alətlərdə canlı ifa edib.
Səfir Vilayət Quliyev “Azərbaycan mədəniyyətinin elmi təqdimatı” layihəsinin Azərbaycan mədəniyyətinin təbliği, o cümlədən macar tələbələrin Azərbaycanla bağlı məlumatlandırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.