Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:30

"Oscar" heykəlcikləri 3 milyon dollara satıldı


84-cü Oscar mükafatından iki gün sonra Nate D. Sanders qalereyasında düzənlənən açıq hərracda 1930-40 illərdə verilən 15 heykəlcik satışa çıxarılıb.

Heykəlciklər 3 milyon dollara satılıb.

Ötən həftə bu rəqəmin 2 milyon dollar olacağı güman edilirdi.

Bu kolleksiya indiyə qədər satılan ən böyük kolleksiya hesab olunurdu.

Kolleksiyada hansı Oscar heykəlcikləri vardı və neçəyə satılıb?

1941-ci ildə Herman Mankiewicz-in "Citizen Kane" filmində “Ən yaxşı ssenari” mükafatı 588,5 min dolara satılıb.

Yenə 1941-ci ildə "Vadi o qədər yaşıldı ki” filminə verilən “Ən yaxşı film” mükafatı 274, 5 min dollara, 1933-cü ildə "Süvari" filminin qazandığı "Ən yaxşı film” mükafatı isə 332,1 min dollara alıcı tapıb.

Norman Taurog-un 1931-de "Skippy" filmiylə qazandığı "Ən yaxşı rejissor” heykəlciyi 302 min dollara, Ronald Colma-nın 1947-ci ildə "İkili həyat” filmindəki roluna görə aldığı “Ən yaxşı kişi aktyor” mükafatı 206,2 min dollara və Charles Coburn-un 1943-cü ildə "The More the Merrier" filminə görə qazandığı ”Ən yaxşı yardımçı kişi aktyor” mükafatı 170,4 min dollara satılıb.

Xatırladaq ki, Kino Sənətləri Akademiyası Oscar heykəlciklərinin satışına icazə vermir.
Açıq hərracda satışa çıxarılanlar 1950-ci ildən tətbiq olunan və Oscar alan sənətçilərin mükafatlarını 1 dollar əvəzində ancaq Akademiyaya sata biləcəyi haqqında imzalanan müqavilədən əvvəl alınan heykəlciklərdir.

Akademiya hərracdan bir az əvvəl açıqlama verərək, bu heykəlciklərin satışından böyük üzüntü duyduğunu, ancaq satışı dayandırmaq üçün əlindən bir şey gəlmədiyini diqqətə çatdırmışdı.

Bu tipli hərraclar ötən illərdə də keçirilib.

Məsələn, 1999-cu ildə Michael Jackson "Küləklə sovrulanlar” (Gone with the Wind) filminin yaradıcısı David O. Selznick-in qazandığı Oscar heykəlinə 1,5 milyon dollar ödəmişdi.
XS
SM
MD
LG