Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:22

Rauf Həbibov vəzifədən azad edilib [Video-foto]


Qubada qarşıdurma
Gözlə
Embed

No media source currently available

0:00 0:03:51 0:00
Direct-ə keçid

Qubada qarşıdurma

-
Prezident Quba rayon icra hakimiyyətinin baçısını vəzifəsindən azad edib.
Prezident İlham Əliyev martın 2-də Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Bu barədə prezidentin rəsmi internet saytında məlumat verilib.


İCRA BAŞÇISININ VƏZİFƏDƏN AZAD EDİLDİYİ DEYİLİR

Quba İcra hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, saat 19.00 radələrində icra hakimiyyətində qapalı toplantı olub və prezidentin sərəncamıyla Quba İcra Hakimiyyətinin başçısı Rauf Həbibov tutduğu vəzifədən azad edilib.

Amma hələlik bu barədə rəsmi məlumat yayılmayıb.
***
QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)

Baş Prokurorluqla Daxili İşlər Nazirliyi martın 1-də Quba hadisələriylə bağlı birgə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Quba rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında keçirilən etiraz aksiyası ilk dəqiqələrdə dövlətçiliyə dəstək xarakteri daşısa da, sonradan ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxıb.
Nəticədə, İcra Hakimiyyətinin şüşələri və bəzi avadanlıqların sındırılıb. Bir neçə yardımçı tikinti və başçıya məxsus fərdi yaşayış evi yandırılıb. Məlumatda 3 polis əməkdaşına xəsarətlər yetirildiyi deyilir:
«Daxili Qoşun qüvvələri asayişi bərpa edib və vəziyyəti nəzarətə götürülüb».
Hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəsmiləri hadisə yerinədir.
Məlumatda Quba rayon prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığı bildirilir.
***
QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (Təkrar - 2)

AzadlıqRadiosunun əməkdaşının verdiyi xəbərə görə, Quba İcra Başçısının Qubada olan ikinci villası da yandırılıb.

QUBALILAR QƏLƏDUZ KƏNDİNDƏ TOPLAŞIB

Qubanın mərkəzindən 9 kilometr aralıda yerləşən Qələduz kəndinə 200-300 sakin toplaşıb. Onlar iki ildir Qələduz və Dağlı kəndlərinə gələn içməli suyun bərpasını tələb edirlər. Kənd sakinləri deyir ki, iki əvvəl kənddə bir villa tikilib və suyun qarşısı kəsilərək həmin villaya yönəldilib.

Şikayətçilərlə deputat Vahid Əhmədov görüşüb. Və tezliklə su probleminin həll ediləciyini vəd edib.

YEVDA ABRAMOV: «QUBADA BAŞ VERƏNLƏR DİGƏR İCRA BAŞÇILARINA XƏBƏRDARLIQDIR»

Yevda Abramov
Yevda Abramov
Quba rayonundan deputat seçilmiş Yevda Abramov icra başçısının iğtişaşlara səbəb olan çıxışına heç cür haqq qazandırmır.

«Mən haqq qazandıra bilmərəm ki, icra başçısı xalqı təhqir etsin. İcra başçısı prezidentin yerlərdə siyasətini həyata keçirməyə borcludur. İcra başçısı o siyasəti yeridə bilmirsə, xalq ona qiymət verir. Qubalılar da buna qiymət verdilər».

Deputat deyir ki, video yayılandan sonra o, icra başçısı Rauf Həbibov ilə bir neçə dəfə söhbəti olub. Hər dəfə o, qubalıları təhqir etmədiyini deyib:

«İcra başçısı deyirdi ki, mən elə danışmamışam ki, qubalılar təhqir olunsun. Amma onun dediklərinə hər hansı bir filoloji araşdırma lazım deyil. O, kimisə ürəyində tutub danışırsa, onun dedikləri şəxsən qubalılara ünvanlanıb. Vəziyyət belə alınıb. Xalq da onun dediklərinə dözə bilməyib belə bir addım atıb».

Y.Abramovun fikrincə, artıq xalq da əvvəlki xalq deyil. İnsanlar yaxşı yaşamaq istəyir:

«Xalq indi daha çox tələbkardır. Dövlətin də məqsədi xalqı yalnız yaşatmaq yox, yaxşı yaşatmaqdır. Vəzifə insana xalqına, millətinə xidmət etmək üçün verilir. Amma bir çoxları bunu başa düşmür».

Deputat Qubada baş verənləri həm də bütün icra başçılarına bir xəbərdarlıq hesab edir.

QUBADA AKSİYA BAŞA ÇATIB

Müxbirlərimiz xəbər verirlər ki, millət vəkili Vahid Əhmədov aksiya iştirakçılarına bütün saxlananların azad edildiyini bildirib. O. deyib ki, sakinlərin həllini istədikləri bütün problemlər də aradan qaldırılacaq.

Martın 1-də keçirilmiş etiraz aksiyasının əsas tələbləri rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefa verməsi idi. Bəzi media orqanlarında onun artıq istefaya göndərildiyi haqqında məlumatlar yayılsa da hələlik bu barədə rəsmi məlumat yoxdur.

Müxbirlərimiz Quba rayon İcra Hakimiyyətində olublar. Onların sözlərinə görə İcra Hakimiyyətinin qarajı yandırılıb, qonaq otağı isə dağıdılıb.


«AzərTac», «İctimai TV» və AzTV-nin saytlarında Quba hadisələri barədə məlumat verilmir.

TUTULANLAR BURAXILIB?

Qubadan millət vəkili Vahid Əhmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə bu gün rayonda həbs olunanların hamısı azadlığa buraxılıb.

BAŞQA RAYONLARDA DA ETİRAZ AKSİYALARI GÖZLƏNİR

Quba İcra Hakimiyyətinin binası
Quba İcra Hakimiyyətinin binası
Sosial şəbəkələrdə martın 2-də zərbaycanın müxtəlif yerlərində etiraz aksiyalarının keçiriləcəyi barədə məlumatlar yayılır. Təşkilatçılar qeyd edirlər ki, onlar Qubada etirazlara qoşulanlarla həmrəy olduqlarını nümayiş etdirmək istəyirlər.

RƏSMİLƏR HƏLƏLİK MƏLUMAT VERMİRLƏR

Quba hadisələri başlayanda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov AzadlıqRadiosuna baş verən hadisələrlə bağlı Administrasiyanın məlumat yayacağını bildirsə də hələ ki, hər hansı bir rəsmi açıqlama yayılmayıb. Daxili İşlər Nazirliyinin sözçüsü də yaxın saatlarda məlumat yayacaqlarını bildirsə də, bu qurumdan da hər hansı bir açıqlama olmayıb.

AKSİYADA SAXLANILANLARDAN 20 NƏFƏR SƏRBƏST BURAXILIB

Qubada olan deputat Vahid Əhmədovun səyi ilə polisdə saxlanılan 22 nəfərdən 20-si sərbəst buraxılıb. Qalan 2 nəfərin də buraxılması gözlənilir.
Vahid Əhmədov aksiya iştirakçılarından dağılmağı xahiş edib. O aksiya iştirakçılarına deyib ki, onların tələbləri yerinə yetiriləcək.
Yaralanan RATİ əməkdaşı Rəşad Əliyev
Yaralanan RATİ əməkdaşı Rəşad Əliyev
Aksiyalar zamanı RATİ-nin əməkdaşı Rəşad Əliyev boyun nahiyəsindən xəsarət alıb.

İSA QƏMBƏR: «HAKİMİYYƏT CİDDİ NƏTiCƏ ÇIXARMALIDIR»

Müsavat başqanı İsa Qəmbərə görə, hakimiyyət Quba hadisələrindən ciddi nəticə çıxarmalıdır:

«Aydın məsələdir ki, Quba rayon icra başçısı çox yersiz çıxışlar, söhbətlər edib. Bu da onsuz da ölkədəki rüşvətxorluqdan, ədalətsizlikdən narazı olan adamların spontan etirazlarına gətirib çıxarıb. Prinsipcə bu cür istənilən ehtiyatsız çıxış insanları qəzəbləndirə və bu cür etirazlarla nəticələnə bilər».

İsa Qəmbər
İsa Qəmbər
İsa Qəmbər hesab edir ki, Quba hadisələri bütün ölkədə baş verə biləcək hadisələrin kiçik modelidir:

«Məncə, bu hadisələr hakimiyyətə ciddi dərs olmalıdır. Problemlər həll olunmasa, hakimiyyət öz davranışını dəyişməsə, ölkədə haqq-ədalətin bərpası istiqamətində real addımlar atılmasa, bu cür hadisələrin lokal və ya bütün ölkədə baş verməsi istisna olunmur».

AKSİYA İŞTİRAKÇILARI YENİDƏN TOPLAŞIR

Hadisə yerində olan müxbirlərimiz xəbər verir ki, aksiya iştirakçılarına qarşı gözyaşadrıcı qazdan və rezin güllələrdən istifadə edilməsi onları bir qədər də hiddətləndirib. Artıq aksiya iştirakçılarının 5 minə qədər çoxaldığı bildirilir.

Daxili Qoşunlar bununla belə gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməklə aksiyanı dağıtmağa cəht edir.

BAKIDAN QUBAYA ƏLAVƏ QÜVVƏLƏR GÖNDƏRİLİR

Bunu hazırda Bakı- Quba yolunda olan AzadlıqRadiosunun əməkdaşı görüb.

ZAHİD ORUC QUBA HADİSƏLƏRİ BARƏDƏ

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc icra başçısının qubalılar haqda çıxışını tənqid edir. Amma düşünür ki, buna hansısa binaların və ya icra başçısının evinin yandırılması kimi addımlarla reaksiya verilməməli idi:

Zahid Oruc hesab edir ki, icra başçısının çıxışından narazı olanlar alternativ yollara da əl ata bilərdilər.

Zahid Oruc
Zahid Oruc
«Üzr istənilməsinin alternativ yolları var idi. Yox bu da alınmayacaqdısa, mitinq keçirilməsi yolu seçilirdisə, bunun da həqiqi məqsədinə çatması üçün ayrı yolları var idi. Yəni, bu hansısa təşkilat komitəsi səviyyəsində idarə olunmalı idi. Belə xaotik xarakter almamalı, hansısa obyektlərin yandırılması ilə müşayiət olunmamalı idi».

ƏTRAF SARI TÜSTÜYƏ BÜRÜNÜB

Qubada hadisə yerində olan müxbirlərimiz xəbər verirlər ki, hökumət qüvvələri etiraz aksiyası iştirakçılarını dağıtmaq üçün gözyaşardan qazdan istifadə ediblər. Aksiya dağıdılır.

***
Gözyaşardıcı qazlardan istifadə olunması nəticəsində hadisə yeri sarı tüstüyə bürünüb, nəfər almaq çətinləşib. Ona görə də aksiya iştirakçıları dağılıb.

QUBA İCRA BAŞÇISININ EVİ YANDIRILIB



İCTİMAİ PALATA BƏYANAT VERDİ
(hadisələrin xronikası aşağıda)
Quba hadisələri ilə bağlı İctimai Palata bəyanat verib.

İctimai Palata Qubada əhalinin haqlı narazılığına və etiraz aksiyasına qarşı qüvvə tətbiqindən narahatlıq ifadə edir. Hakimiyyəti zorakılıq və repressiyalardan çəkinməyə çağırır:

«Qubada baş verənlər hakimiyyətin xalqa zidd siyasətinin və məmur-oliqarx özbaşınalığının məntiqi nəticəsi, xalqın öz mülkiyyəti, həyatı və ləyaqətinə qarşı qəsdlərə müqavimətinin nümayişidir».

İctimai Palata hesab edir ki, Azərbaycan artıq mövcud şəkildə idarə oluna bilməz:

«Ölkədə insanların can, mal güvənliyi, iş, maaş, yaşam haqları qanunla və ədalətlə təmin olunmalıdır. Azərbaycanda sosial, iqtisadi dəyişikliklər, köklü islahatlar günün tələbi və həyati zərurətdir.

İctimai Palata Quba əhalisini öz haqlı narazılığını və tələblərini yalnız dinc formada ifadə etməyə, ölkə ictimaiyyətini isə Quba əhalisinə mənəvi dəstək verməyə çağırır».

YENİ AKSİYA BAŞLADI

Qubanın mərkəzində yeni aksiya başlayıb. Bu dəfə «Azadlıq!» şüarları səslənir.

Hadisə yerinə xüsusi təlim görmüş itlər gətirilib.

NƏQLİYYAT NAZİRİ QUBALILARDAN ÜZR İSTƏYİR

Z. Məmmədov həmişə qubalılara, onların problemlərinə diqqətlə yanaşıldığını deyib: “Ev yandırmaqla problemi həll etmək olmaz. Mən icra başçısının adından sizdən üzr istəyirəm. Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil”.

V. Əhmədov isə bütün saxlanılanların azad ediləcəyini bildirib

Quba mitinqində "istefa" tələbləri

Quba mitinqində "istefa" tələbləribri


Prezident Administrasiyasının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də dövlət başçısının göstərişi ilə Quba rayonundadır.

Quba rayonunda bu gün keçirilən etiraz aksiyasında 4 nəfərin xəsarət aldığı açıqlanıb. Quba Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, aksiyada xəsarət alanlardan 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, biri isə aksiya iştirakçısıdır.

QUBAYA ƏLAVƏ QÜVVƏ GƏTİRİLİR

Qubaya gedən hərbi maşınlar
Qubaya gedən hərbi maşınlar
Quba istiqamətində hərəkət edən AzadlıqRadiosunun əməkdaşları bildirirlər ki, 2 «Qaz-66» markalı avtomobildə Daxili Qoşunların əsgərləri və 1 maşında Çevik Polis Alayının qüvvələrini müşahidə ediblər.

EVDƏ PARTLAYIŞDAN NARAHATLIQ VAR - (hadisələrin xronikası aşağıda)

Qubanın icra başçısının evində yanğın güclənir. Hadisə yerinə yanğınsöndürənlər gəlib, amma yanğının qarşısını almaq mümkün deyil.

Hadisə yerinə təcili yardım maşını gəlib. Hərbçilər partlayış olacağından narahatdırlar.

Müxbirimiz xəbər verir ki, peraşki satan 15 yaşlı oğlan bu gün peraşkiləri camaata pulsuz paylayıb. O, AzadlıqRadiosunun müxbirinə deyib ki, icra başçısı camaatı incidirdi, ona görə belə addım atıb.

BAŞÇININ EVİNİ YANDIRDILAR

Hadisə yerində olan müxbirimiz xəbər verir ki, icra hakiminin evini yandırıblar. Villa tüstü içindədir.

Qəzəblənmiş sakinlər həyətdə bütün tikililəri dağıdır, polis hadisələrin qarşısını ala bilmir.

Qubada iğtişaşlar Icra Hakimiyyətinin başçısının YouTube`da yayılan bu videosundan sonra

Qubada iğtişaşlar Icra Hakimiyyətinin başçısının YouTube`da yayılan bu videosundan sonra başladı
Adamların sayı çoxdur.

İCRA BAŞÇISININ İŞ YERİNDƏ OLDUĞUNU DEYİRLƏR - (hadisələrin xronikası aşağıda)

Quba rayonu İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, icra başçısının rayonu tərk etməsi barədə deyilənlər həqiqətəuyğun deyil.

«O, hazırda iş yerindədir. Rayonda isə vəziyyət gərgin olaraq qalır».

Daxili Qoşunların qüvvələri Quba icra hakimiyyətini dövrəyə alıb.

Bir qrup sakinin icra başçısının yaşadığı evə yürüş etdiyi bildirilir.

Quba rayonu Polis İdarəsindən AzadlıqRadiosuna saxlananların olması və gözyaşardıcı qazdan istifadə barədə deyilənləri təsdiqləmədilər.



RAUF HƏBİBOV ÜZR İSTƏYİR

Qubanın icra başçısı Rauf Həbibov aksiya iştirakçılarının qarşısına çıxıb onlardan üzr istəyib. Bildirib ki, istefası üçün ona bir-iki gün vaxt verilsin.

Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçıları bildirib.

Aksiyada istefa tələbləri də səslənib.

Polislə aksiya iştirakçıları arasında qarşıdurma olub. Quba icra hakimiyyəti binasının pəncərələri sındırılıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi və saxlananların olduğu deyilir. Saxlananların olduğu deyilir.

Hazırda polis aksiyaçıları Quba icra hakimiyyətinin qarşısından uzaqlaşdırmağa çalışır.



QUBADA ETİRAZLAR BAŞLADI - (hadisələrin xronikası aşağıda)

Martın 1-i saat 10:00 radələrində Quba rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası başlayıb.

Qubada etiraz aksiyası zamanı çəkilmiş foto
Qubada etiraz aksiyası zamanı çəkilmiş foto
1000-ə yaxın adam icra hakimiyyəti qarşısına yürüş edib.

Onlar icra başçısının qubalılar barədə dediyi fikirlərdən narazıdırlar.

Bir neçə gün əvvəl toplantıların birində icra başçısı Rauf Həbibovun çıxışı ilə bağlı videogörüntülər yayılıb. Həmin çıxışda icra başçısı qubalıları satqınlıqda, öz torpaqlarını 30-40 manata satmaqda ittiham edir.

İcra hakimiyyəti qarşısına yığışanlar icra başçısının istefasını tələb edirlər.

Ağsaqqal sayılan 3 nəfər rayon sakini icra başçısının qəbuluna girib. Onlar tələb edirlər ki, icra başçısı aksiyaçıların qarşısına çıxıb sakinlərdən üzr istəsin və istefa versin.​
XS
SM
MD
LG