Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:24

Süd haqqı (Qara gülməcə)


.
Qara gülməcə

SÜD HAQQI...


(Dünyada var olan və olmayan bütün Anaların özünə və ruhuna sayğılarla)

Bu əhvalat ötən əsrin 60-cı illərində Bakıda baş verib.

O vaxtlar Bakıda ortabab bir müğənni yaşayırdı.

Ara-sıra radioda, televiziyada oxuyardı

Səsi də pis deyildi.

İndi yaşamaq qisməti olsaydı, bəlkə də “Toylar kralı” seçilərdi...

Şou proqramlardan düşməzdi.

Gündə bir maşın dəyişərdi.

Ən bahalı brendlərdən geyinərdi.

Amma, dediyim kimi, “N” Sovetlərdə yaşamağa məhkum idi...

Hə, iş elə gətirir ki, bu müğənni nə səbəbdənsə öz doğmaca Anasına lazımınca qayğı göstərə bilmir.

Hər halda, lap düzünü bilməsəm də, Anaya elə gəlir ki, oğlu ona yaxşı baxmır.

Oğul da dediyim kimi, göz önündəydi.

Ananın da bəlkə bu üzdən ondan gözləntiləri çox idi.

Və Ana bir qərar alır...

Mənim fikrimcə, əlacsız Ana heç də xoş bir iş tutmur.

Oğlundan Mərkəzi Komitəyə şikayət edir...

“Südümü ona halal etmirəm”-deyir--“Mənə baxmır!”

Hətta o vaxtların populyar qəzeti olan “Azərbaycan gəncləri” qəzetinin redaksiyasına gəlib dərdini danışır.

Yazı qəzetdə də çıxır...

Məsələ şişir. Hər tərəfə yayılır.

Oğul biabır olduğunu görüb vəziyyətdən çıxış yolu tapmağa başlayır.

Və tapır!

Günlərin birində oğlunu qapısının önündə görən Ana onun əlindəki dolu vedrədən heyrətlənir.

Vedrənin içində nə olsa yaxşıdır?

SÜD!

Oğul pulla aldığı inək südünü Ananın evinin kandarına qoyub deyir:

--Bu da mənə verdiyin südün əvəzi. Daha bundan sonra hər yerdə ona süd vermişəm--deyib məni biabır etmə!
XS
SM
MD
LG