Böyük Britaniyanın «Eurovision 2012» təmsilçisi Engelbert Humperdinck müsabiqədəki mahnısını və klipini təqdim edib. Mahnı «Love Will Set You Free» adlanır.
Eurovision.az saytı xəbər verir ki, artıq müsabiqənin bütün mahnıları bəllidir.
Böyük Britaniyanı «Eurovision»da «Musiqi əfsanəsi» təmsil edəcək.
Engelbert Humperdinck 1967-ci ildə «Release Me» mahnısı ilə hətta «The Beatles» qrupunun «Strawberry Fields Forever» («Penny Lane») kompozisiyasını geridə buraxıb.
Uzun yaradıcılıq dövründə müğənni saysız mükafatlar qazanıb. Onun 68 qızıl diski, 18 platin albomu və «Grammy» mükafatı var.
Böyük Britaniya da «Eurovision» mahnısını təqdim etdi
Böyük Britaniya da «Eurovision» mahnısını təqdim etdi
2000-ci ildə onun varidatı 100 milyon dolları aşmışdı. Humperdinck ən varlı şou-biznes müğənniləri arasında beşinci hesab olunurdu.
Müğənni xeyriyyəçilik fəaliyyəti ilə də məşğuldur. O, öz hesabına müxtəlif tibb mərkəzləri və xəstəxanalar saxlayır.
Engelbert Humperdinck hələ də qastrollara çıxır və anşlaq yaradır.
İki il öncə müğənniyə Hollywoodda «Musiqi əfsanəsi» mükafatı da təqdim olunub.
O, müxtəlif filmlərdə rol alıb.
Böyük Britaniya «Eurovision»un qurucusu olan ölkələr siyahısına daxil olduğundan onun təmsilçisi birbaşa mayın 26-da baş tutacaq finala keçəcək.