Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:38

Halal Facebook və ya "halal-haram" anlayışlarının virtual çalarları


Halal Facebook və ya "halal-haram" anlayışları
Gözlə

No media source currently available

0:00 0:54:43 0:00
Direct-ə keçid

Halal Facebook və ya "halal-haram" anlayışları

“Halal Facebook” kimi tanınan bu layihənin adı, əslində “salamworld”dur.

Yaradıcıları onu “ənənəvi sosial medianın unversal islam alternativi” kimi təqdim edir, onun missiyasını isə “Haramdan azad və sağlam islam dəyərlərinə əsaslanan ilk qlobal İT layihəsi” kimi görürlər.

AzadlıqFM-in 23 mart buraxılışında Səadət Akifqızının studiyada qonağı ilahiyyatçı Əkrəm Həsənov idi.

Verilişə telefonla "salamworld"-un sözçüsü Yavuz Selim Kurd (Türkiyə), sosial media mütəxəssisi Rəşad Əliyev , jurmalist İlhamiyyə Rzayeva qoşularaq “halal” və “haram” anlayışlarının virtual çalarlarına nəzər saldılar. Aşağıdakı suallara münasibətlərini bildirdilər:

- Müsəlman istifadəçilər Facebookda qalsalar yaxşıdır, yoxsa ayrıca şəbəkədə ünsiyyət qursalar?

- Salamworld.com Facebookdan nə ilə fərqlənəcək? Bu səpgili layihələrin üstün və zəif tərəflərini kim necə görür?

Proqramın audiosunu dinlə


Yavuz Selim Kurd bildirdi ki, onlar nə «Facebook», nə «Twitter» qururlar. Amma onların yaratdığı sosial şəbəkə dinindən asılı olmayaraq, hər kəs üçün açıqdır. Sadəcə bu şəbəkədə halal bilinən dəyərlərin paylaşmasına imkan yaradılacaq:

«On-line kitabxanamız olacaq. Orda ateist olan kəsin də bir yüksək əsəri olarsa, yayacağıq. Amma ateist fikirlərin təbliğatına imkan verilməyəcək».

Əkrəm Həsənov bildirdi ki, «salamworld» kimi şəbəkələrin qurulması müsəlmanlarla qeyri-müsəlmanlar arasında ayrı-seçkilik yaratmır:

««Facebook» kimi şəbəkələrdə insanlar, xüsusilə gənclər İslam haqqında daha geniş məlumat ala bilirlər. «Salamworld» kimi şəbəkələr də islami dəyərlərin təbliği baxımından böyük rol oynayacaq. İslamın yayılması üçün böyük imkandır».

Fəxri Hacıbəyli hesab edir ki, sosial şəbəkələrdə dindarların eşitmək istəmədiyi həqiqətlərdən də söhbət açılır:

«İstifadəçilərin inancı arasında fərq qoyulması dindarlara lazımdır. Çünki onlar görürlər ki, dindən başqa bir şeydən xəbəri olmayan adamların qarşısında başqa həqiqətlər də açılır. Görürlər ki, came əldən gedir».

Rəşad Əliyev deyir ki, istənilən dini qruplar sosial şəbəkələr yarada bilər:

«Bəs bu şəbəkələr cəmiyyətin inkişafına nə qədər kömək edəcək? «Facebook»un belə sürətlə yayılmasının səbəbi də sosial təbəqələrə verdiyi imkanlardır. Bu şəbəkələr yalnız müsəlmanları əhatə edəcəksə və insanların azadlıqlarını əlindən alacaqsa, onda bu şəbəkələrin yaşama şansı azalacaq, ya da informasiya azlığına görə maraqsız edəcək».

Jurnalist İlhamiyyə Rzayeva hansısa məşğuliyyət, peşə və ya din ətrafında şəbəkə yaratmağı normal sayır:

«Ancaq hesab eləmirəm ki, buna ehtiyac var. Çünki «Facebook»da müxtəlif qruplar yaratmaq üçün imkan var. Hesab edirəm ki, yeni media vasitələri, sosial şəbəkələr istənilən konfliktin yaxşı və ya pisə doğru transformasiyası üçün istifadə edilə bilər. Baxır, vasitə kimin əlindədir».
XS
SM
MD
LG