Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:28

Yuri Şevçuk: Musiqiçilərdən əlinizi çəkin! [Video]


Yuri Şevçuk
Yuri Şevçuk
Rusiyalı rok ifaçısı, «DDT» qrupunun solisti Yuri Şevçuk martın 23-də Londonda keçirdiyi konsert zamanı azərbaycanlı rokçuların saxlanmasına münasibət bildirib:

«Musiqiçilər qeyri-adi məxluqlardır, Azərbaycanda da, Rusiya da, Londonda da. Musiqiçilər azaddırlar. Onların Allahdan başqa sahibi yoxdur. Musiqiçiləri incitmək olmaz. Musiqi azadlıqdan irəli gəlir, musiqiçilərdən əllərinizi çəkin».

«DDT» rok qrupu 1980-ci ildə yaradılıb.

Martın 17-də müxalif və müstəqil gənclər təşkilatlarının Bakıda keçirdiyi icazəli mitinqin sonunda «Bulistan» rok-qrupunun 2 üzvü saxlanılıb. Qrupun solisti Camal Əlinin mitinq zamanı oxuduğu mahnıda qeyri-etik sözlərin olması mübahisə yaradıb. Bu zaman Camal Əli prezidentin ünvanına söyüş səsləndirib.

Gənclər arasında yaranan mübahisəyə mülkigeyimlilər və polis müdaxilə edib.

Camal Əli və daha 2 gənc saxlanılıb. Səbail rayon Məhkəməsi onlar barəsində inzibati həbs qərarı çıxarıb. Qrupun gitaraçısı Natiq Kamilov və bloqqer Etibar Salmanlı artıq azad olunublar. Qrupun solisti Camal Əlinin isə həbs müddəti martın 27-də sona çatır.

XS
SM
MD
LG