Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:47

Bəxtiyar Hacıyevin iddiası yenə təmin olunmadı [VIDEO]


Bəxtiyar Hacıyevin iddiası yenə təmin olunmadı
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

Bəxtiyar Hacıyevin iddiası yenə təmin olunmadı

Martın 29-da Bakının Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində gənc fəal, Harvard məzunu Bəxtiyar Hacıyevin iddiası ilə bağlı qapalı məhkəmə prosesi keçirilib.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, gənc fəalın cəzasının qalan hissəsindən azad olunması ilə bağlı qaldırdığı iddia təmin edilməyib.

Bir neçə ay əvvəl Bəxtiyarın cəzasının üçdə bir hissəsindən azad olunması ilə bağlı qaldırdığı iddiası da təmin olunmamışdı.

Martın 4-də Bəxtiyar Hacıyevin həbs edilməsinin 1 ili tamam olub.

Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib və 2 il azadlıqdan məhrum edilib.

Bəxtiyar Hacıyev isə həbsinin siyasi sifariş olduğunu bildirir.

Hacıyev bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən «vicdan məhbusu» elan edilib, ona qarşı irəli sürülmüş ittihamlar Avropa Birliyi, Avropa Parlamenti, ATƏT, ABŞ Dövlət Departamenti, Almaniya Bundestaqı tərəfindən siyasi motivli olması barədə narahatlıqla qarşılanıb.
XS
SM
MD
LG