Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:37

Qəbələdə RLS-ə etiraz


Azerbaijan – protest against Gabala Radio Location Station, operated by Russia, 31Mar2012
Azerbaijan – protest against Gabala Radio Location Station, operated by Russia, 31Mar2012
Martın 31-i, saat 14:00 radələrində Qəbələdəki Radiolokasiya Stansiyası (RLS) yaxınlığında etiraz aksiyası keçirilib. Etiraz edənlər əllərində Azərbaycan, rus və ingilis dillərində «RLS-ə yox!» yazılmış şüarlar, plakatlar tutublar.

Aksiyada İctimai Palatada birləşən siyasi partiyaların, Avro-Atlantik Şuranın və bəzi başqa təşkilatlardan nümayəndələr iştirak ediblər. Tədbirə bəzi yerli sakinlər də dəstək verib.

Aksiyanın təşkilatçısı olan «RLS-siz Azərbaycan Hərəkatı» təşəbbüs qrupunun sədri Səxavət Əlisoy AzadlıqRadiosunun hadisə yerində olan müxbirinə bildirib ki, bu yürüş Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasına yönələn simvolik bir addımdır:

«RLS Azərbaycanın təkcə ekologiyasına deyil, həm də genefondumuza ciddi zərbə vurur. Bu stansiyanın Azərbaycanın təhlükəsizliyinə də heç bir köməyi yoxdur. İran vertolyotu bizim Astara rayonu üzərində və ya İran təyyarələri Xəzərin Azərbaycan sektorunda uçarkən bundan xəbər tutmuruqsa, onda bu RLS nəyə lazımdır? Gələcəkdə Azərbaycana hər hansı hava hücumu olarsa, RLS-in bu barədə vaxtında məlumat verəcəyi inandırıcı deyil. Əksinə, RLS Azərbaycanda başqa bir dövlətin hərbi maraqlarını ifadə edir».

Aksiya RLS-dən Qəbələnin rayon mərkəzi istiqamətinə yürüşlə başa çatıb.

Aksiyaya hər hansı müdaxilə olmayıb.


XS
SM
MD
LG