Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:50

Fethullah Gülen, Erdoğan və «İmamın ordusu»


Fethullah Gülen
Fethullah Gülen
New-Yorker,
Dexter Filkins
ERDOĞANIN YÜKSƏLİŞİ
Amerikanın "New Yorker" jurnalı “Dərin dövlət” adlı yazısında Türkiyədə Baş nazir Recep Tayyip Erdoğanın hakimiyyətə gəlişi və islam təmayüllü partiyasının – AKP-nin tədricən hakimiyyətin bütün qolları üzərində hakimiyyəti ələ ala bilməsini əks etdirən yazı dərc edib. Yazıda öncə Erdoğanın nüfuzundan, Türkiyə üçün gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışılır.
Ancaq sonra əsasən Erdoğanın hərbçilərin təsirini azaltmağa yönələn fəaliyyəti, Ergenekon və Balyoz cinayət işləri, Türkiyənin bir sıra hərbçilərinin, jurnalistlərinin və iş adamlarının dövlət çevrilişi üçün terror təşkilatı yaratmaq və onu idarə etmək ittihamlarından bəhs edilir. "New Yorker" səslənən ittihamların öncə bir çoxlarına inandırıcı gəldiyini, ancaq sonradan ittiham aktlarındakı faktları araşdıranda onların qurama olmasına dairşübhələrin yarandığını bildirir. Və yazının bir hissəsi də, Erdoğan hökumətinin fərqli düşünən mediaya, jurnalistlərə təzyiqlərindən və Erdoğanın Fethullah Gülen hərəkatı ilə bağlarından bəhs edir.
Ergenekon adlı mafiyanin üzvü olmaqda ittiham olunaraq məhkəmə qərarı olmadan aylardır həbsdə oturan jurnalistlərdən biri də Ahmet Şıkdır.
Onu rəsmən Ergenokunun təşfiqatçısı olmaqda ittiham eləsələr də, əslində çoxları jurnalistin Baş nazir Erdoğanın yüksəlişinin arxasındakı adam sayılan Fethullah Gülen – Türkiyə nurçularının lideri və ya başqa adla – Gülen Camaatıyla bağlı yazılarına görə həbsdə olduğuna kimsə şübhə eləmir.
"İMAMIN ORDUSU" - FETHULLAH GÜLEN TƏRƏFDARLARI
Ahmet Şik “İmamın ordusu” adlı kitabı hələ dərc edilməmiş həbs edilmişdi və polis də bu kitabı axtarırdı. Ancaq polislə bərabər bu kitabı onun dostları da ələ keçirdilər və dərc etdirə bildilər.
“İmamın ordusu” kitabı Fethullah Gülen hərəkatının 1970-ci illrdə İzmirdə yaranmasından bu yana keçdiyi yolu işıqlandırır. Gülen 1938-ci ildə (bəzi mənbələrə görə, 1941) doğulub. 1999-cu ildə Türkiyə hakimiyyəti onu dövlət quruluşunu yıxmağa cəhd çağırışlarına görə həbs etməyə hazırlaşanda ABŞ-a qaçıb. İndi Pensilvaniya ştatında Saylorsburgda yaşayır. Amerikaya mühacirətdən sonra İslam aləminin az qala "Müsəlman Qardaşları"ndan sonra ən böyük hərəkatını qurub. Öz kitabları, mesajları və qurduğu məktəblərində siyasətdən danışılmasa da, çoxları onun siyasi ambisiyalarını gizlətdiyinə inanır.
"GÜLEN CAMAATI" NECƏ YAYILIR
Gülenin ardıcılları 130-a yaxın ölkədə fəaliyyət göstərir qurduqları məktəblər, hazırlıq kursları və universitetlər şəbəkəsi ilə yayılırlar və tərəfdarlar toplayırlar. Gülen tərəfdarları olan biznesmenlər adətən bir-birini dəstəkləyir və irəliləməsinə yardım edirlər. İmkan düşdükcə hərəkat üzvlərinin müxtəlif ölkələrdə dövlət vəzifələrinə yüksəlməsinə çalışır. Baş nazir Erdoğanın Gülençi və ya nurçu olmasa da, prezident Abdullah Gül, bir sıra nazirlər və 60-a yaxın deputat hərəkata – camaata bağlılıqlarını gizlətmirlər. Gülenin ümumilikdə Türkiyədə 3 milyona yaxın tərəfdarı var.
Gülençilər iddia edirlər ki, onların hərəkatı o qədər yayğındır ki, siyasi təşkilat sayıla bilməz. Ancaq keçmiş deputatlardan biri Gülenin vaxtilə Türkiyə hakimiyyətini ələ keçirməklə bağlı 25 illik planı olmasından danışır. Deyir ki, bunu indiki nəsil yox, “Qızıl nəsil” həyata keçirəcək. Ancaq Gülenin sözçüsü "New Yorker"ə deyib ki, onun ustadının rejimi dəyişmək niyyəti yoxdur.
Ancaq Türkiyədə kimsənin inkar etmədiyi bir iddia var ki, Gülençilər türk polisini tamamən ələ keçiriblər. Məhz polis Ergenekon və Balyoz işlərində həbsləri həyata keçirib, iddiaları hazırlayıb. Hətta ABŞ-ın Türkiyədəki keçmiş səfiri James Jeffrey də WikiLeaksə sızan məktublarında bu iddialara inandığını yazırdı.
FETHULLAH GÜLENİN MƏRKƏZİ KƏŞFİYYAT AGENTLİYİNDƏKİ DOSTLARI

Maraqlıdır ki, Türkiyə hakimiyyəti Erdoğana qədər dəfələrlə Güleni Amerikadan istəsə də, onun ekstradisiyasına nail ola bilməyib. Çünki Gülenin çox nüfuzlu amerikalı dostları var. Hər dəfə onun ekstradisiyasına Mərkəzi Kəşfiyyat Agentliyi (CIA)-in keçmiş yüksək rütbəli məmuru Graham Fullerin yazdığı məktublar mane olub.
Maraqlıdır ki, Gülenin ABŞ-da daimi yaşayış statusu alması üçün müraciəti də ABŞ-ın Ankaradakı keçmiş səfiri Morton Abramowitz şəxsən yazıb. Abramowitz 1999-cu ildə Gülenin Türkiyədən qaçmasına və Amerikada yerləşməsinə də yardım edib. Bu faktlar Fethullah Gülenin və hərəkatıınn yüksəlişində Mərkəzi Kəşfiyyat idarəsinin rolu olması haqda iddialar yaradır.
Jurnalist Ahmet Şik da öz kitabında – “İmamın ordusu”nda Fethullah Gülenle bağlı bu cür faktlardan, açdığı məktəblərdən, ali məktəbə hazırlıq kurslarından, universitetlərdən, dəstəklədiyi iş adamları, siyasətçilər və başqa əlaqələrdən yazıb, Gülençilərin tədricən Türkiyəni ələ keçirmək və Atatürkün ləğv elədiyi Xilafəti bərpa etmək planlarından yazıb.
ERDOĞAN VE GÜLEN NƏ İSTƏYİR?
Ahmet Şik öz həbsini də birbaşa olaraq Gülençilərin təşkil eldiyini iddia edir. Və Türkiyədə müxalifət və müstəqil mediada çoxları düşünür ki, Gülen hərəkatına qarşı çıxanların əleyhinə aparılan repressiyaların başında məhz Erdoğan dayanır.
"New-Yorker" yazarı sonda yazır ki, indi Türkiyədə Erdoğanın partiyasının növbəti iki seçkidə də qalib gələcəyinə şübhə edənlər azdır. Ancaq Erdoğan artıq növbəti dəfə Baş nazir ola bilməz deyə, onun prezident vəzifəsinə keçəcəyi və prezidentin səlahiyyətlərini genişləndirəcəyi, Abdullah Gülün isə Baş nazir olacağını ehtimal edirlər. Ölkədə müxalifətin mövqelərinin zəifləməsi, hərbçilərin siyasi proseslərə təsirinin azalması üzündən Erdoğan və tərəfdarlarının 2024-cü ilə qədər hakimiyyəti saxlaması artıq real görünür.
XS
SM
MD
LG