Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:46

Rüfət Əhmədzadə. Yazanda “orqazm” hiss eləmək


.
Polemika


Salam Sarvanın Azərbaycan ədəbiyyatında erotikanın təsviri ilə bağlı bir yazısını oxudum. Xoşuma gəldi, amma bəzi əlavələrim və tam uzlaşmayan fikirlərim var.

Əlbəttə ki, Salam Sarvanla mübahisəyə və ya münaqişəyə girmək gözüyumulu ölümə getmək kimidir.

Amma bir vətəndaş və azad söz haqqına inanan yazar kimi, öz düşündüyümü də yazmalıyam.

Əvvəla xəbərdarlıq edim ki, mövzu geniş olsa da, öz söhbətimi qısa kəsəcəm.
Salam Sarvan düz deyir, razıyam.

ox zaman bizim ədəbiyyatda erotikanın təsviri, intim bədii ifadə üslubu por noqrafiya ilə səhv salınır.

Və çox zaman duyğulardan doğan seks amilinə birbaşa keçid edilir. Gəlin düşünək, realizm nöqteyi-nəzərindən yanaşsaq necədir? Əlbəttə ki, romantizmdəki tək.

Sevgi romantizmdir. İstənilən halda, sevgi varsa, axırı intimlə bitməlidir. Hətta din xadimləri də inkar etməzlər ki, insanın yaradılışından belə, cinsəllik və duyğusallıq bir-biri ilə əlaqəlidir. Hətta Freyd nə qədər abartsa belə, onun fikirlərinə “tam yanlış” demək də olmur. Biz “Libido” ilə doğulur,”Eros” ilə yaşayır, “Thanatos” ilə məhv oluruq. Freyd belə deməsə də, bu mənim “pessimist diaqnozumdur”.

Salam Sarvan da nə qədər haqlı olsa belə, erotikanı olduğu kimi təsvir etməmək məsələsində birbaşa hökm sürməyə çətinlik çəkirəm.

Gəlin Azərbaycan cəmiyyətində çox tipik olan və çox əttökən oğlan-qız münasibətlərindən bir nümunəyə nəzər salaq.

Oğlan qızı sevir, qız da nə isə edir, amma bu etdikləri onunla ayda-ildə bir dəfə görüşməkdən, fasilələrlə və az-az danışmaqdan, soyuq və kobud münasibət göstərməkdən başqa şey olmur. Oğlan özünü oda-közə vurmaqdan bezib çəkiləndə isə, qız adi bir təbəssümlə onu geri qaytarır, yanında saxlayır.

Hökmü isə təxminən belə olur:

“Məndən sevgi istəmə, boşuna ümidlənmə!”.

İndi yazıq oğlan olur günahkar. Yox, mən o qızı da ifritə hesab etmirəm. Amma bu qız oğlanın sevgisini də görmək, hiss etmək istəyir. Lakin oğlanın qanadlanması, ümidlənməsi və coşub duyğulanması onu qıcıq edir.

Ədəbiyyat da belədir. Oxucu yazardan reallıq istəyir, amma eyni zamanda onun romantikasına və hətta erotikasına da ehtiyacı var. Oxucunun duyğulardan ac və ya tox olduğu önəmli deyil. Tanış duyğular hər zaman maraqlıdır. Bu, tanış xəbəri təkrar oxumağa bənzəməz. Burada hissiyat var. Demək hissiyyat olan yerdə, hər şey var. Aqrressiya da, təcavüz də, cinsəllik də, ən avantürist xəyallar belə...

Aşiqi qınamazalrar. Yetər ki, aşiq öz eşqini sübut edə. Yəni, ədəbiyyatını sırf seksual inqilab etmək xatirinə deyil, eşqini sübut etmək xatirinə yarada. Yazdığını yaşaya.
Mən nahaq yerə bəzi oxucularımın “Yazarkən nə hiss edirsiz” sualına qısaca “orqazm” deyə cavab vermirəm. Bəddi işlərimdə mən öz cinsəl və duyğusal həyatımı vəhdətdə yaşayıram.

Bəs niyə o zaman sərt mövqe ortaya qoyaraq, hamıya “ayıbçı” damğası vuraq? Məncə bu absurddur, bəylər və xanımlar! Postmodernizm Azərbaycan ədəbiyyatını kənd-kolxoz həyatından, tarla məhəbbətindən qurtarmalıdır. Postmodernizim Azərbaycan ədəbiyyatına plyuralizm, rəngarənglik gətirməli, daha zəngin iş ortaya qoyanlar da öz qiymətini almalıdır. Ədəbi tənqidçilər və sosioloqlar da, sadəcə öz işlərinə daha çox diqqət ayırsalar...

Gəlin, məsələyə daha konkret yanaşaq. Aqşinmi səhv edir? Aqşinin bir əsərini götürüb tənqid edin və deyin ki, Aqşin, sən yazdığın “heçnəizm”dir. Aqşinin adını məsəl üçün çəkdim. Burada Rüfət də ola bilər, Əsəd də, Oqtay da, başqaları da...

Sosioloq Əhməd Qəşəmoğlu da deyir: “Postmodernistlərin dünyagörüşü məhduddur“. Şərh eləmirəm...

Ədəbiyyat sevgidən yaranır. Sevgi isə ancaq ədəbiyyatda daha dəqiq və cəsarətli ifadə oluna bilər. Buna görə, yazarı qınamaq lazım deyil. Həyatda isə belədir:
Çəkinə-çəkinə deyilən "Səni çox istəyirəm" sözlərinin arxasında "Səni sevirəm, amma qoy bir az da keçsin deyərəm" ehtiyatı yatır. Adi bir mübahisənin qarşısında edilən "Səni sevirəm" etirafı isə "Qurban olaram sənə, ayağının altında ölüm, bir az da qal!" yalvarışnı ifadə edir. Əlbəttə ki, anlayana - səmimi olandan.
XS
SM
MD
LG