Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:42

Yazıçı Oqtay Salamzadə vəfat etdi


Yazıçı Oqtay Salamzadə dünyasını dəyişib

Bu xəbəri APA-ya mərhumun yaxınları verib.

Xəbərdə bildirilir ki, aprelin 2-də səhər çağı 82 yaşlı Oqtay Salamzadənin vəziyyəti qəfildən pisləşib.

Təcili Yardım həkimlərinin səyinə baxmayaraq yazıçını xilas etmək mümkün olmayıb.
O. Salamzadə 1930-cu il sentyabrın 1-də Füzulinin məşhur Cuvarlı kəndində doğulub.
1948-1953-cü ilələrdə Bakı Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb.

1954-1959-cu illərdə Bakı Şəhər Komsomol Komitəsinin, Komsomolun Mərkəzi Aparatının katibi işləyib.

1959-1963-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində uşaq və gənclər verilişləri redaksiyasının məsul redaktoru olub.

Oqtay Salamzadə 1963-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi seçilib. Daha sonralar Beynəlxalq Jurnalistlər Təşkilatının Rəyasət Heyətinin üzvü, SSRİ Jurnalistlər İttifaqı Təftiş Komissiyası sədrinin müavini olub.

1976-1979-cu illərdə «Kitabsevərlər» Cəmiyyətinin baş redaktoru işləyib.

1979-1984-cü illərdə «Yazıçı» nəşriyyatında böyük redaktor çalışıb.

1989-1993-cü illərdə «Karvan» jurnalının baş redaktoru olub.

1993-cü ildən ölümünədək Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqının sədri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurası sədrinin müavini olub.

Oqtay Salamzadə Sovetlər dönəmində populyar olan “Bizim nəsil” adlı romanın müəllifi idi.

Mərhumun aprelin 2-də dəfn ediləcəyi gözlənilir.

Ruhu şad olsun.
XS
SM
MD
LG