Aprelin 6-da Parisin Sorbon Universitetinin böyük amfiteatrında Qurban Səidin «Əli və Nino» romanının motivləri əsasında hazırlanmış musiqili tamaşa oynanılacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tamaşanın bədii rəhbəri Parisdə musiqi təhsili alan Səidə Zülfüqarovadır.
Tamaşada rus və fransız aktyorlarla yanaşı, gürcülərin «Lazi» və Azərbaycan Fransa Gənclər Assosiasiyasının rəqs ansamblının üzvləri iştirak edəcəklər.
Tamaşa zamanı bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Cövdət Hacıyev, Arzu Rzayev, Fritz Kreislerin əsərləri ilə yanaşı Azərbaycan və gürcü rəqs havaları da səsləndiriləcək.
Xatırladaq ki, «Dünyanın ən məşhur sevgi romanı» adlandırılan bu roman
1937-ci ildə Vyanada alman dilində E. R. Tal Verlaq tərəfindən nəşr edilib.
Romanın günümüzədək dünyanın 33 dilində 100-ə yaxın nəşri olduğu bilinir.
Əsərin ilk müəllifi Qurban Səid göstərilsə də, sonralar Qurban Səidin avstriyalı baronessa Elfrida Fon Ehrenfelsin təxəllüsü olduğu üzə çıxarılıb.
Bu səbəbdən uzun illər məhz Xanım Ehrenfels romanın həqiqi müəllifi sayılıb.
Amerikalı tədqiqatçı Tom Rais əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli Leo Nussimbaum-un qələmindən çıxdığını, baronessanınsa yalnız onun məşuqəsi olduğunu iddia edənəcən bu məsələ beləcə qalıb.
Bəzi araşdırıcılar, o sıradan Almaniyada yaşayan Nuridə Atəşi, yazıçının əsl adının Məhəmməd Əsəd Bəy olduğunu və onun islam dininə mənsubluğunu iddia etməyə başlayıblar.
Dünyanın ən müxtəlif kitabxanalarından topladığı sənədlərə söykənən bir başqa araşdırıcı - Betti Bleir isə daha sensasyon bir iddiaya imza ataraq, romanın ötən əsrin 20-ci illərində Avropada mühacir həyatı yaşayan Yusif Vəzir Çəmənzəminliyə məxsus olması qənaətinə gəlib.
Roman ətrafında mübahisələr davam edir.
2007-ci ildə Bakıda bu roman əsasında tamaşa da göstərilib.
Tamaşanın rejissoru Elvin Mirzəyev həm də Əli Xan Şirvanşir rolunun ifaçısı olub.