Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:44

Bakıda «Eurovision» Mahnı Müsabiqəsində qalib mahnı—60-cı olacaq


Arxiv foto
Arxiv foto
Bakıda keçiriləcək «Eurovision» Mahnı Müsabiqəsində birincilik qazanan mahnı yarışmanın 60-cı qalib mahnısı olacaq.

«Eurovision.az» saytının məlumatına görə, müsabiqənin 57-ci dəfə keçirilməsinə baxmayaraq, bu il 60-cı mahnı qalib elan ediləcək.

Məsələ ondadır ki, 1969-cu ildə müsabiqədə qeyri-adi hadisə baş verib.

Həmin il İspaniya, Böyük Britaniya, Fransa və Niderlandın mahnıları eyni səs - 18 bal qazanıb.

Və «Eurovision» Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun iclası bu dövlətlərin hər birinin mahnısını qalib elan edib.

Odur ki, bu ilki müsabiqədə qalib olacaq mahnı sayca 60-cı - yubiley mahnısı olacaq.

«Eurovision» Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker deyib ki, Avropa Yayımları Birliyi (EBU) müsabiqənin 60 illik yubileyini də xüsusi şəkildə qeyd etmək istəyir.

«2015-ci ildə müsabiqənin brilyant yubileyi olacaq. EBU 60-cı «Eurovision»u qeyri-adi etmək istəyir» - deyə Sietse Bakker bildirib.

Xatırladaq ki, Məşvərət Qrupu növbəti iclasında belə bir hal—bir neçə ölkənin eyni səs yığması baş verəcəyi təqdirdə hansı addım atılacağını müzakirə edəcək.
XS
SM
MD
LG