Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:34

MTN İrandan silah-sursat və narkotik keçirənləri saxladığını bildirir


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi (MTN) bildirir ki, İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana odlu silah, döyüş sursatı, habelə narkotik vasitələrin keçirilməsində təqsirli bilinən bir qrup şəxsi saxlayıb.

Məlumatda İran vətəndaşları - Nasir Əbdi, Əli Dəlir, Əli Rəhmani, Azərbaycan vətəndaşları - Qabil Xubaliyev, Ruslan Məmmədov, Arzuman Mürşüdov, Niyaməddin Lalayev və qeyrilərinin adları çəkilir.

MTN bildirir ki, Azərbaycan vətəndaşları bu il martın sonlarında İran vətəndaşı Nasir Əbdi ilə görüşüb, külli miqdarda narkotik vasitə sifariş veriblər. Narkotikin Azərbaycana təhlükəsiz çatdırılması üçün Əli Rəhmaninin Nasir ƏbdiƏli Dəlirə silah və döyüş sursatı verdiyi qeyd edilir:

GÖRÜŞ YERİ - «GÖLÜSTÜ» İSTİRAHƏT MƏRKƏZİ

«Arzuman Mürşüdov, Nasir ƏbdiƏli Dəlir həmin narkotik vasitələri Masallı rayonunda Ruslan Məmmədova çatdırıb. O isə narkotikləri idarə etdiyi «Mercedes» avtomaşınının yük yerində gizlədib və birlikdə rayondakı «Gölüstü» istirahət mərkəzində onları gözləyən Qabil Xubaliyevin yanına gəliblər».

MTN bildirir ki, Nasir Əbdi, Əli Dəlir, Ruslan Məmmədov, Arzuman Mürşüdov, Qabil Xubaliyev Masallı rayonunda, Niyaməddin Lalayev isə Xaçmaz rayonunda saxlanıb.

Cinayət işi başlanıb. Təqsirləri sübuta yetirilsə, onları 1 ildən 12 ilədək həbs gözləyir.

Bu məlumatı Milli Təhlükəsizlik Nazirliyi yayıb. Təqsirləndirilən şəxslərin bu ittihamları qəbul edib-etmədiyi isə hələ ki, ictimaiyyətə bəlli deyil.

Bundan əvvəl də MTN İrandan Azərbaycan ərazisinə silah-sursat keçirən qrupların ifşası barədə məlumatlar yayıb.
XS
SM
MD
LG