Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:31

Dünya liderləri Suriyanı sülh planına əməl etməyə çağırırlar



Dünya liderləri Suriya hakimiyyətini sülh planının şərtlərinə əməl etməyə çağırırlar.

ABŞ prezidenti Barack Obama ilə Fransa prezidenti Nikolas Sarkozy telefon söhbəti zamanı bildiriblər ki, Dəməşq sülh planının bütün şərtlərini yerinə yetirməlidir.

Həmçinin Rusiyanın BMT-ki elçisi Vitali Çurkinlə Çinin təşkilatdakı nümayəndəsi Van Min Suriyanı BMT-nin xüsusi elçisi Kofi Annanın sülh planını yerinə yetirməyə çağırıblar.

Kofi Annanın özü cümə axşamı BMT-nin təhlükəsizlik şurasında çıxış edərkən bildirib ki,
Dəməşq ümumilikdə atəşkəsə əməl etsə də sülh planının bütün şərtlərinə əməl etmir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi ütirazlar keçirilir.

BMT bu müddət ərzində 9 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG