Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:16

Futbol çempionatı küçə itlərinə baha başa gəlir


Kiyevdə etiraz aksiyası, 25 yanvar 2012
Kiyevdə etiraz aksiyası, 25 yanvar 2012
İstər Ukraynanın özündə, istərsə də ondan kənarda keçirilən etiraz aksiyalarına baxmayaraq, Kiyevdə sahibsiz heyvanların sistematik məhvi davam etdirilir. Heç ölkənin Ətraf Mühit Nazirliyinin qoyduğu rəsmi moratoriuma da əhəmiyyət verən yoxdur. Ukraynalı hüquq müdafiəçiləri belə deyirlər.

İt və pişiklərin bu cür amansız qətliamında məqsəd bu yay Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatınadək Kiyev şəhərini küçə heyvanlarından təmizləməkdir.

«FUTBOL ÜÇÜN QANA EHTİYAC YOXDUR!»

Martın 31-də Kiyevdə 300-dən artıq insan buna etiraz olaraq yürüş keçirib. Onlar üzərində «Futbol üçün qana ehtiyac yoxdur!», «Axtalamaya hə, öldürməyə yox!» kimi şüarlar yazılmış plakatlar daşıyıblar.

Avropanın bir çox məşhur şəxsləri, hətta futbol üzrə Almaniya milli komandasının üzvləri də heyvanların müdafiəsi kampaniyasına dəstək veriblər.

Heyvan müdafiəçiləri prezident Viktor Yanukovych'dən tələb edirlər ki, bütün ölkə üzrə sahibsiz heyvanların öldürülməsinə qadağa qoysun. Onlar deyirlər ki, Ətraf Mühit Nazirliyinin tətbiq etdiyi rəsmi moratoriuma yerlərdə riayət olunmur.
Kiyevdə sahibsiz it
Kiyevdə sahibsiz it
Avropa ölkələri Ukraynaya pulsuz mobil axtalama avadanlıqları versə də, sahibsiz it və pişiklərin qətliamı davam etdirilir.

«CƏMİYYƏT HUMANİST TƏRBİYƏDƏN ÇOX UZAQDIR»

SOS Beynəlxalq Heyvanları Müdafiə Cəmiyyətinin rəhbəri Tamara Tarnawska deyir ki, rəsmi məlumata əsasən, 2011-ci ildə Kiyevdə 4 min it axtalanıb. Ancaq o, əmindir ki, onlardan 2 mini sonradan öldürülüb.

T.Tarnawska'nın fikrincə, yerli icra orqanları Ukraynada sayı kifayət qədər çox olan sahibsiz heyvanlarla insani rəftarda maraqlı deyil. «Bu problemi həll etmək üçün onilliklər lazımdır, çünki cəmiyyətimiz xəstə olub, humanist tərbiyədən çox uzaqdır», -- T.Tarnawska belə deyir.
XS
SM
MD
LG