Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:43

Breivikin işini aparan hakimlərdən biri tərəfkeş elan olundu


17 aprel 2012 Andres Breivikin vəkili Geir Lippesad Oslo məhkəməsinin qarşısında
17 aprel 2012 Andres Breivikin vəkili Geir Lippesad Oslo məhkəməsinin qarşısında
Norveçdəki terror məhkəməsinin 2-ci günü hakimlərdən birinin prosesdən uzaqlaşdırılması ilə başladı. Hakim Thomas İndrebo Norveçin xüsusi xidmət əməkdaşlarının mühafizəsi altında Oslo məhkəməsinin binasını tərk etdi.

İndrebonun hakimlər heyətindən xaric edilməsi tələbini həm müdafiə, həm də ittiham tərəfi dəstəkləyirdi. Səbəbi isə onun Facebookda işlə bağlı öz fikrini ifadə etməsi idi.

Norveç qanunlarına əsasən, məhkəmə işinin predmeti olan mövzu haqda hakimin əvvəlcədən hansısa fikir bildirməsi onun obyektivliyini şübhə altına alır.

Xaric edilən hakim facebook şərhini hələ terror hadisəsindən 1 gün sonra, ötən il iyulun 23-də yazmışdı.

Hakim İndrebonun Facebook şərhi haqda xəbər dünən, aprelin 16-da vepsen.no saytında açıqlanmışdı. Sayt müəyyən etmişdi ki, Indrebo VG Nett (vg.no) portalının formunda “Bu işin ən ədalətli mühakiməsi ölüm hökmüdür” şərhini yazaraq çoxlu nida işarəsi qoymuşdu.

Sayt həm də müəyyən etmişdi ki, Thomas Ciccone nickname ilə bu şərhi yazan şəxs məhz hakim Thomas İndrebodur.

Aprelin 17-də Ağır cinayətlər üzrə Oslo məhkəməsinin iclasında İndrebo tərəfkeş elan olunaraq məhkəmə tərkibindən xaric edilib.

Andres Breivik ötən il iyulun 22-də Norveçdə silsilə terror aktları keçirəndən sonra həbs olunub. Onu 77 nəfərin qətlində ittiham edirlər. Aprelin 16-da Ağır cinayətlər üzrə Oslo 22 iyul terroru işi ilə bağlı məhkəməy start verib. Məhkəmənin ilk günü Breivik qətləri törətdiyini təsdiq etsə də, özünün günahsız olduğunu bildirərək əməllərinin özünümüdafiə olduğunu bildirib.

Aprelin 17-də məhkəmə işini davam etdirir.
XS
SM
MD
LG