Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:57

Söküntülərin statistikası açıqlandı


Foto: Arxiv
Foto: Arxiv
Son 3 ildə Bakıda 3915 mənzil və obyekt sökülüb. Söküntülər ən çox Beşmərtəbədən Heydər Əliyev Sarayınadək olan ərazidəki küçələrdə baş verib. Bu ərazidə 2009-cu ildən 2012-ci ilin martına kimi 2524 mənzil və obyekt sökülüb.

Bu rəqəmlər Azad İqtisadiyyata Yardım İctimai Birliyinin hesabatında öz əksini tapıb.

Beşmərtəbədən Heydər Əliyev Sarayınadək olan ərazidəki - Fizuli və Ş.Bədəlbəyli küçələrinin arasında olan hissə çoxdan söküldüyündən burada sökülmüş mənzillərin sayını müəyyənləşdirmək mümkün olmayıb. Söküntünün ən çox müəyyənləşdirildiyi küçə Şəmsi Bədəlbəyli olub. Burdakı 44 binada yerləşən 463 mənzil və obyekt sökülüb.

Hesabata əsasən, məcburi sökülən daşınmaz əmlakın sayı bundan çoxdur. Çünki bəzi hallarda evləri və sahibkarlıq obyektləri sökülərkən vətəndaşlar bu barədə nə mediaya, nə də QHT-lərə məlumat verirlər.

Ərazilər Mənzil və sahibkarlıq obyektləri

Xutor

510

H.Əliyev Mərkəzinin ətrafı

244

Beşmərtəbə - H.Əliyev sarayı

2524

Bayraq meydanı

281

Neftçilər prospekti

88

Azadlıq prospekti

235

«Ramstor» dairəsi

21

Zuğulba dairəsi

12

Cəmi

3915
XS
SM
MD
LG