Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:36

Budapeştdə Beynəlxalq kitab sərgisi açılıb


Beynəlxalq kitab sərgisi
Beynəlxalq kitab sərgisi
Budapeştin «Millenium» mərkəzində ənənəvi Beynəlxalq kitab sərgisi keçirilir.

Bu xəbəri Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti AzadlıqRadiosuna verib.

Skandinaviya ölkələri yazıçılarının əsas qonaq qismində qatıldıqları sərgini Macarıstanın təbii ehtiyatlar naziri Miklos Rethely açıb.

Builki sərgidə dünyanın 35 ölkəsinin nəşriyyatları öz çap məhsullarını nümayiş etdirir.

Azərbaycan sərgidə ayrıca guşə ilə təmsil olunub.

Burada son bir beçə ildə ölkədə nəşr olunmuş 200-dən artıq kitab və digər çap məhsulları nümayiş etdirilir.

Yüksək poliqrafik mədəniyyəti və nəşr ustalığı ilə seçilən bu kitablar Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixinə, etnoqrafiyasına həsr olunub.

Xəbərdə vurğulanır ki, kitabların arasında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən çap məhsulları xüsusi yer tutur.

Beynəlxalq sərgi çərçivəsində Azərbaycan kitabının təqdimat mərasimi də keçirilib.

Mərasimdə macar alimləri, ölkədə akkreditasiya olunan diplomatik nümayəndəliklərin təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, sıravi oxucular iştirak edib.

Mərasimi giriş sözü ilə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev açıb.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Çingiz Əlioğlu və M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov müstəqillik illərində Azərbaycanda kitab çapının keçdiyi inkişaf yolundan danışıb, ayrı-ayrı diqqətəlayiq nəşrləri təqdim ediblər.

Kərim Tahirovun macar həmkarları ilə görüş və danışıqları nəticəsində 2013-cü ildə Budapeştdə qədim və müasir Azərbaycan kitabı sərgisinin təşkili ilə bağlı razılıq əldə olunub.
XS
SM
MD
LG