Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:56

Xarici diplomatlar müxalifət liderləri ilə görüşdü [Video]


Xarici diplomatlar müxalifət liderləri ilə görüşüb
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00
Direct-ə keçid

Xarici diplomatlar müxalifət liderləri ilə görüşüb

Xarici diplomatlarla İctimai Palata nümayəndələrinin görüşü 2 saata yaxın davam edib.

Xarici diplomatlar müzakirələr barədə məlumat verməkdən imtina ediblər.

Müsavat başqanı İsa Qəmbər isə deyib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Avropa ilə Azərbaycan arasında münasibətlər və s. məsələlər müzakirə olunub:

İsa Qəmbər
İsa Qəmbər
«Hesab edirəm ki, çox faydalı və maraqlı fikir mübadiləsi oldu. Vicdan məhbuslarından tutmuş, təzyiqlərə məruz qalan jurnalistlər, həbs edilən QHT nümayəndələrinə, yəni Oqtay Gülalıyev və İdrak Abbasova qədər bütün məsələlər müzakirə edildi».

Görüş İctimai Palatanın təşəbbüsü ilə keçirilib.

YAP GÖRÜŞƏ MÜNASİBƏT BİLDİRDİ

«Səfirlərin, səfirlik nümayəndələrinin hər hansı partiyanın, ictimai təşkilatların nümayəndələri ilə görüşməsini normal hesab edirəm».

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, xarici diplomatların müxalifət partiyaları ilə görüşünə təbii baxdığını bildirib:

«Çünki ölkəmizdə akkreditasiyadan keçiblərsə, Azərbaycanın bölgələrində də görüşlər keçirə, ayrı-ayrı təbəqələrin nümayəndələri ilə də görüşə bilərlər. Bu, onların iş rejimidir, iş prosesidir.
Siyavuş Novruzov
Siyavuş Novruzov
Təəssüf doğuran hal odur ki, müəyyən ölkələrin səfirlikləri neçə illərdir, ölkəmizdə akkreditasiyadan keçmələrinə baxmayaraq, bu günə qədər Azərbaycan köçkünləri, şəhid ailələri, Ermənistandan didərgin düşmüş 200 mindən artıq azərbaycanlı ilə, genosidə məruz qalmış Xocalı sakinləri ilə görüş keçirməyiblər».

GÖRÜŞDƏ 20-YƏ YAXIN DİPLOMAT İŞTİRAK EDİB

Aprelin 24-ü saat 15 radələrində Müsavat Partiyasının qərargahında Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə İctimai Palatanın Koordinasiya Şurasının qapalı görüşü başlayıb. Avropa Şurasının Bakı ofisinin rəhbəri və Almaniyanın Azərbaycandakı səfiri də daxil olmaqla, toplantıda ATƏT-in Bakı nümayəndəliyi, ABŞ, Böyük Britaniya, İtaliya, Norveç və s. ölkələrdən 20-yə yaxın diplomat iştirak edib.

Müsavat başqanının müavini Gülağa Aslanlı deyir ki, məqsəd Azərbaycandakı ictimai-siyasi durumu müzakirə etməkdir:

Gülağa Aslanlı
Gülağa Aslanlı
«Bu, əslində ənənəvi görüşlərin davamıdır. Keçən il mitinqlərdən sonra 2 dəfə belə görüş olub. Qərara gəlinib ki, bu görüşlər davam etdirilsin. Hətta diplomatik korpusun nümayəndələri ilə belə bir razılaşma var idi ki, iki aydan bir toplaşsınlar. Bu il ilk toplantıdır və yenə də ölkədəki vəziyyət, demokratiyanın durumu, həbsdə olan siyasi məhbusların azad edilməsi üçün hansı addımların atılması kimi məsələlər müzakirə mövzusudur».

G.Aslanlı deyir ki, əslində diplomatik korpusun nümayəndələri ilə müxalifət arasında belə görüşlərin keçirilməsində qeyri-adi bir şey yoxdur. Sadəcə, Azərbaycan hakimiyyəti bu cür əlaqələrə dözümlü yanaşa bilmir.

2011-ci ildə bu formatda keçirilən ilk görüşdən sonra Əli Əhmədov, Siyavuş Novruzov və YAP-dan olan digər deputatlar Bakıdakı səfirliklərin bu addımını tənqid etmişdilər.
XS
SM
MD
LG