Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:54

Virtual emosiyaların real fəsadları haqda Cabbar Savalanlı danışır


Digital emosiyaların real fəsadları AzadlıqFM
Gözlə

No media source currently available

0:00 0:54:53 0:00
Direct-ə keçid

Digital emosiyaların real fəsadları AzadlıqFM

AzadlıqFM-in 20 aprel buraxılışında “Virtual fəaliyyətin real fəsadlarlı” mövzusunda müzakirələr getdi. Nümunə kimi gənc AXCP fəalı Cabbar Savalanlı əhvalatını götürmüşdük. Onun həbsi ötən il Facebookda siyasi çağırışlardan sonraya təsadüf etmişdi. Narkotik saxlama maddəsi ilə həbs edilən Cabbarın özü və hüquq müdafiəçiləri bu ittihamların saxta olduğunu bildiridilər. Ötən ilin sonunda prezident imzaladığı əvf fərmanı ilə azad olunan məhbuslar arasında onun da adı vardı.

Studiyamıza gələn Cabbar Savalanlı Facebook əhlinin suallarına cavab verir. Həbsdən sonra Cabbarın Facebook fəallığında nəsə dəyişibmi?

Cabbar Savalanlı deyir:

- Daha (əvvəlki kimi) emosional yazmıram. Həbsxana da bir məktəbdir, adamın dünyagörüşünə təsir edir. Facebook-da emosionallıq etmək lazım deyil. Hər işə səbirlə yanaşmaq lazımdır. Çalışıram çılğınlıqla status yazmayım. Statuslarla bağlı özümə sərhəd qoymuşam.

Müzakirələrə telefonla qoşulan jurnalist Təhminə Tağızadə məsələyə münasibətini belə bildirir

- Düşünürəm ki, Facebook jurnalistə öz fikrini demək üçün imkan yaradır. Biz jurnalist olmaqdan başqa həm də vətəndaşıq, bizim də öz mövqeyimiz var. Facebook-dakı səhifə şəxsi səhifəmdir və orda şəxsi fikirləri paylaşmaq jurnalistə qəbahət sayıla bilməz.

“İslahatçı” Gənclər Ictimai Birliyinin sədri Fərid Şahbazovun isə fenomenə münasibəti belədir:

- Hesab edirəm ki, yolda-küçədə danışdığımıza məsuliyyət daşıdığımız kimi sosial şəbəkələrdə də statuslarımızın məsuliyyətini daşıyırıq. Sosial şəbəkələrə minlərlə adam yığışıb, biri haqqında bir söz demək artıq onun haqqında rəy yaratmağa xidmət edir”.

“TRT-Azərbaycan” saytının redaktoru Könül Şamilqızı da verilişə qoşuldu

- Türkiyədə media, siyasi çevrə mənsubları öz fikirlərini sosial şəbəkələrdə sərbəst deyirlər. Amma bir tendensiyanı da bildirim ki, burda əksər jurnalistlərin statusunda belə bir qeyd verirlər ki, bu, mənim şəxsi fikirlərimdi, işlədiyim quruma aidiyyəti yoxdur. Bunu onların sığortalanmaq istəməsi kimi də yozmaq olar.

Proqramın audiosuna burada qulqa as
XS
SM
MD
LG