Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:19

Prezident xəbər saytını məhkəməyə verməklə hədələyir


Fransa prezidenti Nicolas Sarkozy
Fransa prezidenti Nicolas Sarkozy
Fransa prezidenti Nicolas Sarkozy deyib ki, o, “Mediapart” xəbər saytını məhkəməyə verə bilər.

"Mediapart" yazıb ki, 2007-ci ilin prezident seçkilərində Sarkozy-nin seçki kampaniyasına pulu o cümlədən keçmiş Liviya diktatoru Muammar Qaddafi verib.

"Mediapart" yazır ki, onun əlində 2006-cı ilə aid Liviya sənədi var.

Sənədi Liviyanın o vaxtki təhlükəsizlik rəisi Moussa Koussa imzalayıb.

Sənəddə Liviya rejiminin əmri var ki, Sarkozy-nin seçki kampaniyasına 66 milyon avro xərclənsin.

Sarkozy bu ittihamı rədd edir.

Sarkozy "Mediapart"ı sosialistlərin ruporu olmaqda ittiham edir.

"Mediapart" cavab verir ki, Sarkozy bu ittihamla "Mediapart"ı tərəfkeşlikdə ittiham edib, gözdən salmağa çalışır.

Sosialistlərin namizədi Hollande isə bu saytla hər hansı əlaqəsinin olmadığını bildirir,
XS
SM
MD
LG