Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:39

Anti-korrupsiya bloqqeri orijinal pul mənbəyi tapıb


“MasterCard”-ı hamı eşidib, bəs “Navalny card”ı?

Rüşvətxorluqla mübarizəsi ilə ad çıxarmış müxalifətçi bloqqer Navalny ( Navalnı) öz mübarizəsinə orijinal maliyyə mənbəyi tapıb.

Rusiya banklarından biri Navalny kart adlı debit kart buraxacaq.
Bu kartların sahibləri bu kartlarla nəsə alanda ödədikləri məbləğin 1 faizini bank Navalnynın Korrupsiya ilə Mübarizə Fonduna köçürəcək.

Bankın adı bildirilmir.

Soruşa bilərlər ki, bank buna niyə gedir? Burda bir səbəb Aleksey Navalnynın bir bloqqer kimi çox məşhur olmasıdır. Onun bloqları konkret rüşvətxorluq faktları ilə zəngindir. Bank Navalnynın cəmiyyətdəki məşhurluğundan öz kartlarını yerləşdirmək üçün istifadə edir.

4 MİLYON KART

Yeni kart iyulda buraxılacaq. 4 milyon kartın buraxılması planlaşdırılır.

Bazarlama kampaniyası “özünə hörmətə 1 faiz” şüarı ilə aparılır.

REKLAM ÇARXI RUSİYADA KORRUPSİYADAN DANIŞIR

Reklam çarxında Navalny deyir: “Rusiyada yolların təmiri və xidməti Finlyandiyadan 5 dəfə baha başa gəlir.

Hakimiyyət Moskvada yerə döşənən daşların dəyişdirilməsinə 4 milyard rubl ( 130 milyon dollar) xərcləmək istəyirdi.

Moskvada bir rüşvətin orta qiyməti 3 milyon dollardır.

Krasnodar Diyarının qubernatorunun 22 yaşlı qardaşı qızının iki zavodu var.

Aleksey Navalny “Rospil” bank kartı ilə ödənişlərin 1 faizi Rusiyada Korrupsiya ilə Mübarizə Fonduna ianə olunacaq. Rospil bank kartı: özünə hörmətə 1 faiz əlavə elə
”.


40 MİLYARD YEYİNTİNİN QABAĞINI ALAN PUL TAPMIRDI

35 yaşlı Navalny hüquqşünasdır. O, ABŞ-ın Yale Universitetində təhsil alıb.

Navalny iddia edir ki, hökumətin büdcədən pul yemə mexanizmlərini ifşa etməklə, büdcədə yeyintidən xilas etdiyi pulların ümumi məbləği 40 milyard rubldur ( 1 milyard 300 milyon dollar).

Navalny uzun müddət idi ki, öz anti-korrupsiya işinə maliyyə axtarırdı.

Ancaq son vaxtlar ona maliyyə köməyi göstərmək istəyənlər artıb.

Bunlar arasında tanınmış maliyyəçilər və incəsənət xadimləri var. Şair Dmitri Bykov, maliyyə şirkəti Alcantranın şəriki Sergey Grechishkin Navalnyya maliyyə verməyə hazırdırlar.

BELƏ KARTA TƏLƏBAT VAR

Dojd televiziyasın müsahibəsində Navalnynın fondunun rəhbəri Vladimir Ashurkov deyib ki, Navalny kartlarını buraxmaq ideyasına bankla fond eyni vaxtda gəliblər.

Bəs bankın adını niyə demirlər?
Asurkov: “ Biz bankın adını niyə demirik? Çünki bank xahiş edib ki, ad çəkməyək. Biz də öz işimizdə bankın adından istifadə etmirik. Bank sadəcə olaraq bizə infrastruktur verir. Bir çox banklar ikili ticarət nişanlı kartlar buraxır. Biz birlikdə bu ideyaya gəldik. Belə görünür, əhalinin müxtəlif təbəqlərində buna tələb var”.

15 SUTKALIQ HƏBSİNİ ÇƏKİR

Korrupsiya əleyhinə mübarizəsi ilə özünə ad qazanmış Navalny müxalifətdə də aparıcı simaya çevrilib.
O hazırda 15 sutkalıq həbs cəzasını çəkir.
O, mayın 8-də Moskvadakı nümayişdə polisə müqavimət göstərməyə görə bu cəzanı alıb.
XS
SM
MD
LG