Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:54

İranla Azərbaycanın «Eurovision» davası… [Video]


İranla Azərbaycanın «Eurovision» davası…
Gözlə

No media source currently available

0:00 0:54:13 0:00
Direct-ə keçid

Politoloq Ərəstun Oruclu, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə son vaxtlar hər iki ölkədəki nümayəndəliklər qarşısındakı aksiyaları müzakirə edirlər.

«Azərbaycan dövləti demokratik olduğu qədər, İran da islami dəyərlər dövlətidir». Bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramında politoloq Ərəstun Oruclu «Eurovision» ərəfəsində Azərbaycan-İran münasibətlərində müşahidə edilən gərginlik haqda danışarkən deyib. Ə.Oruclu iddia edir ki, əgər İran bu müsabiqəyə qarşı idisə Türkiyədə də «Eurovision» keçiriləndə etiraz etməli idi.

«Son bir ildə Bakı ilə Tehran arasında münasibətlərin kəskinləşməsini görürük. Bunun əsas səbəbi Tehran ətrafında beynəlxalq həlqənin daralması, Azərbaycan-İsrail əməkdaşlığı, İsrailin hərbi hədələri və Azərbaycanın İsrail tərəfindən silahlandırılması ilə bağlı sızdırılan məlumatlardır».

Ə.Oruclu bildirir ki, «Eurovision»la əlaqəli Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatları ciddi təşviş yaradır və sakit, təhlükəsiz ölkədə yaşayan avropalılar bunu yaxşı qarşılamırlar.

«Beynəlxalq Diaspor Mərkəzinin» sədri İsmayıl Ağayev deyir ki, «Eurovision» müsabiqəsi İranın Azərbaycana qarşı hədələri üçün bir bəhanədir. O anti-terror əməliyyatlarını normal qarşıladığını deyir.

«İran Azərbaycanın böyüməsini həzm edə bilmir, milli kimliyini tanımır, Azərbaycanın dininə mədəniyyətinə təxribat törədir, 30 milyondan artıq azərbaycanlının ana dilində danışmasına imkan vermir. Təbii ki, «Eurovision»la bağlı onların narahatçılığı var, çünki bununla Azərbaycan dünyaya açılır».

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə deyir ki, İran Azərbaycanın mədəniyyət mərkəzi olmasından narahatdır və ölkənin dünyəvi qaydalarla idarə olunmasını istəmir.

«Azərbaycanda sosial ədalət, demokratiya kimi çətinliklər olsa da Azərbaycanın güneyindən quzeyinə açıq ölkə kimi baxırlar. Dünya musiqiçilərinin burda olması onları başqa cür fərəhləndirir».

Ə.Tağızadə deyir ki, anti-terror əməliyyatları dünyanın bir çox ölkələrində həyata keçirilir və burda təəccüblü heç nə yoxdur.

Ə.Oruclunun fikrincə «Eurovision» zamanı Azərbaycanda terrorun olması inandırıcı deyil.

«Terrorçu yaxşı bilir ki, bu zaman təhlükəsizlik tədbirləri gücləndirilir. Ən əsası əgər belə bir şey olsa Avropa vətəndaşları ziyan görəcək. Artıq bu zaman heç kim İsrailə «bombalama» əmrini verə bilməyəcək. «Eurovision» böyük siyasi burulğanın bir bəhanəsinə çevrilib».

Müzakirəni tam olaraq buradan dinlə:

XS
SM
MD
LG