Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:36

Putin ailəsini gizlədir


Vladimir Putin və Lyudmila Putina, 2011
Vladimir Putin və Lyudmila Putina, 2011
Rusiya prezidenti Vladimir Putin'lə həyat yoldaşı Lyudmila Putina prezident seçkiləri vaxtı birlikdə göründülər. Onların bu şəkli ər-arvad Putinin bərabər olub-olmadığı haqqında suallara səbəb oldu. Seçki günü ərinin bir addım arxasında səsverməyə gedən Lyudmila Putina arada Putin’in qoluna toxundu. Ancaq Vladimir ona reaksiya vermədi. Səsvermədən çıxanda isə Lyudmila Vladimir Putin'in qoluna girmişdi. İnternetdə yayılmış bir şəkildə isə Putin həyat yoldaşının əlini sıxarkən görünür. Bu şəklin altında «6 il sonra görüşərik» yazılıb. Rusiyada prezident seçkisi bir də 6 ildən sonra keçiriləcək.

Adamların bir çoxu Lyudmila'nın birinci xanım kimi heç bir iş görmədiyini düşünür. Cütlük seçki günü uzun müddət sonra bir yerdə göründü. 12 ildir Rusiyanı idarə edən Putin'in ailəsi ətrafında isə elə bir sirr var.

Putin'in həyat yoldaşı və iki qızı haqqında az qala heç nə məlum deyil. Deyilənlərə görə, cütlük bir müddətdir ayrı yaşayır. Qızlarının isə başqa adlarla universitetdə oxuduqları bildirilir. Putin'in qızlarının harada olduqları, hətta Rusiyada yaşayıb-yaşamadıqları, işləyib-işləmədiklərini heç kim bilmir. Rusiyalı jurnalistlər deyir ki, ölkənin beynəlxalq təhlükəsizliyi haqqında məlumat almaq Putin'in ailəsi haqqında yazı yazmaqdan daha asandır.

YAXIN DOSTLARI BELƏ PUTİNİN AİLƏSİ HAQQINDA DANIŞMIR

2008-ci ildə «Moskovsky Korrespondent» qəzeti Putin'in həyat yoldaşını boşayıb olimpiya oyunlarında gimnastika üzrə qızıl medal qazanan Alina Kabayeva ilə evlənəcəyini iddia etmişdi. Bundan sonra qəzet bağlandı. Daha sonra isə Putin prezidentliyi Dmitry Medvedev'ə verdi və həyat yoldaşı ortada heç görünmədi.
Vladimir Putin və Alina Kabayeva
Vladimir Putin və Alina Kabayeva

Ancaq ən maraqlısı Putin'in qızların görünməməsidir. 27 yaşındakı Maria və 25 yaşındakı Yekaterina'nın adı heç bir sosial media saytında çəkilmir. Rusların çoxu onların xarici görünüşü haqqında da məlumatsızdırlar.

Putin dəfələrlə qızlarının «normal» həyat yaşamasını istədiyini bildirib. Qızlar haqqında məlumatlar da çox azdır. İkisi də Sankt-Peterburq Dövlət Universitetində oxuyub. Maria biologiya, Yekaterina isə Asiya oxuyub.

Cənubi koreyalı Yoon Joonwon atası Moskvadakı səfirlikdə işləyərkən Yekaterina ilə görüşdüyünü iddia edir. Rusiyanın «Gazprom» şirkətinə bağlı olan bir şirkətdə işləyən hollandiyalı Jorrit Faase'nin isə Maria ilə görüşdüyü bildirilir.

Yaxın dostları belə Putin'in ailəsi haqqında danışmır. Sankt-Peterburq Musiqi Evinin sənət rejissoru Sergey Roldugin Maria’nın xaç atası sayılır. Onun köməkçisi Sergey Roldugin Vladimir Putin və ailəsi haqqında heç bir suala cavab verə bilməyəcəyini deyib. Köməkçi deyib ki, «bu cür mövzular haqqında danışmaqdan çəkinir».
XS
SM
MD
LG