Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:30

İctimai Palata İctimai TV-nin qarşısında aksiya keçirmək istəyir


İctimai Palata (İP) İctimai Televiziyanın (İTV) binası qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

O deyir ki, aksiyada televiziyanın fəaliyyəti ilə bağlı bir sıra tələblər səsləndirəcəklər:

«İctimai Televiziya ictimaiyyətin, xalqın televiziyasıdır. Biz istəyirik ki, bu televiziya öz sözünü demək üçün müxalifət partiyalarına efir versin, İP-nin tədbirlərini işıqlandırsın. Biz bu tələblərlə çıxış edəcəyik. Bizim istəyimiz odur ki, bu televiziyada ayrı-seçkiliyə son qoyulsun».

İP aksiyanı mayın 24-də keçirməyi planlaşdırır.
XS
SM
MD
LG