Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:44

Domenico Criscito milli yığmadan uzaqlaşdırıldı


Həbs edilən futbolçulardan biri Stefano Mauri
Həbs edilən futbolçulardan biri Stefano Mauri
İtaliya futbol federasiyası mayın 28-də milli yığmanın müdafiəçisi Domenico Criscito-nun qarşıdakı Avropa Çempionatından kənarlaşdırıldığını elan edib.

Domenico Criscito iyunda Polşa və Ukrayanda keçiriləcək Avropa Çempionatında İtaliya komandasının heyətində oynamalı idi. O, “danışılmış oyunlar” qalmaqalına görə cəzalandırılır və bu gün səhər polis onun qaldığı hoteldə axtarış aparıb.

Bu gün səhər polis İtaliyanın əsas futbol klublarından olan Lazionun kapitanı Stefano Maurini həbs edib. İtaliyadan gələn xəbərlərə görə polis həmçinin Avropa Çempionatı öncəsi milli yığmanın təlim keçdiyi düşərgədə reyd keçirib. Juventus-un meneceri də istintaqa cəlb olunacağı barədə xəbərdar edilib.

Yerli çempionatda “oyunların satılması” iddialarını araşdıran prokurorun göstərişi ilə 19 nəfər istintaqa cəlb olunub. Onlardan 14-ü həbs edilib, 3-ü ev dustağıdır, iki nəfərə isə polisə gəlmələri üçün çağırış verilib.

Lazio-nun kapitanı Stefano Mauri və Padova komandasının oyunçusu Omar Milanetto da həbs edilənlər arasındadır.

Juventus-un Baş məşqçisi Antonio Conte-nin və Chievo-nun kapitanı Sergio Pellissier-in evində yoxlama aparılıb.

İttihama görə futbolçular qərargahı Sinqapurda yerləşən bir bukmeker (futbol mərci) şirkəti ilə oyunların satılmasına dair danışıqlarda iştirak ediblər.
XS
SM
MD
LG