Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:34

«Eurovision» təəssüratları… [Video]


«Eurovision» təəssüratları…
Gözlə

No media source currently available

0:00 0:55:34 0:00
Direct-ə keçid

«Eurovision» təəssüratları…

Politoloq Hikmət Hacızadə və hüquq müdafiəçisi Arzu Abdullayeva öz təəssüratlarını bölüşürlər.

-
««Eurovision» zamanı demokratiya, insaniyyət və dürüstlük uğrunda böyük hərəkat getdi».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Hikmət Hacızadə «Eurovision» təəssüratları haqda danışarkən deyib. Onun fikrincə, dünya Azərbaycanda baş verənlərə biganə deyil:

«Demokratik fəallarımız, gənclərimiz, hüquq müdafiəçilərimiz görünməyən şücaət və bacarıq göstərdilər. Bunlar hamısı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bu gün dünya demokratik ictimaiyyətinin gözü Azərbaycana yönəlib. Onlar bizi tanıdılar, səviyyəmizi gördülər və buna görə deyirlər ki, bunlara quldarlıq yaraşmır, azadlıq lazımdır. Bunlar dözə bilməz və biz də bunlarla bir yerdə dözə bilmərik…».

Hikmət Hacızadə
Hikmət Hacızadə
Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, xarici vətəndaşlar Azərbaycanda vətəndaş cəmiyyətinin belə səviyyəli və möhkəm olmasını gözləmirdilər:

««Eurovision» bizim üçün müsbət rol oynadı ki, Azərbaycana diqqət yetirildi və onların xalqı görmək imkanları oldu…».

A.Abdullayeva deyir ki, «Eurovision» zamanı özünü demokratik göstərmək üçün hakimiyyətin əlində imkan olsa da, onlar bu imkandan istifadə etmədilər:

«İndiyə qədər demokrat olmasalar da, indi özlərini bu cür göstərə bilərdilər. Vicdan məhbuslarını azad edə bilərdilər. Bu anlaşılmaz inadkarlıq nəyə lazım idi? Bu, «Azərbaycan sultaniyyətdir» fikrinin altından qol çəkmək idi. Bu olmasın deyə, imkan var idi və bu inadkarlıq həqiqətən anlaşılmazdır…».

A.Abdullayevanın fikrincə, dünyada Azərbaycana qarşı pis bir rəy formalaşdırılır və əfsuslar olsun ki, hakimiyyət bunu dəyişdirəcək nəsə etmədi.

Arzu Abdullayeva
Arzu Abdullayeva
Müsabiqə zamanı ölkəyə gələn turistlərin sayından danışan H.Hacızadə deyir ki, onda olan məlumata görə, ölkəyə cəmi 7000 xarici vətəndaş gəlib:

«Əvvəl deyirdilər ki, 70000 adam gələcək, sonra 30000 dedilər. Lakin nəticədə 7000 insan gəlib…».

H.Hacızadənin fikrincə, buna səbəb Azərbaycanın uzaq olması, müsabiqə ətrafında olan qalmaqal, insan haqlarının pozulması və s. amillərdir.

Kulturoloq Elmir Mirzəyev isə deyir ki, «Eurovision»a görə dünya mediasının Azərbaycana bu dərəcədə diqqət ayıracağını güman etmirdi. O bildirir ki, hakimiyyət adətən bu tip tədbirləri PR məqsədilə istifadə edir:

«Bu tip tədbirlərlə hakimiyyət öz legitimsizliyini ört-basdır etməyə çalışır. Onlar çalışırlar bu boşluğu idman, musiqi, folklorla doldursunlar…».

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG