Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:47

Əliyar Səfərli: “Fəridin telefonla öz ailəsinə dedikləri doğru deyil”


Əliyar Səfərli: “Fəridin öz ailəsinə dedikləri doğru deyil”
Gözlə

No media source currently available

0:00 0:54:40 0:00
Direct-ə keçid

Əliyar Səfərli: “Fəridin öz ailəsinə dedikləri doğru deyil”

Əliyar Səfərli: İran Azərbaycanın notalarına cavab vermir. İranın Azərbaycanda çoxlu casusları, təxribatçıları, sui-qəsdçiləri var. Onlar belə işlər görmək üçün belə günahsız adamları tuturlar. Və ya başqalarının azad olunması üçün belə günahsız adamları saxlayırlar...


Azərbaycanın 2 şairi Fərid Hüseyn və Şəhriyar del Gerani hələ də İranda həbsdədirlər. Azərbaycan XİN-i son günlərdə 3-cü notanı versə də, Tehran israrla həmin gənclərin saxlanması haqda məlumat vermir.

“Pen klub” proqramında bu dəfə bu haqda danışdıq. Qonaqlarımız Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli, şair Sabir Rüstəmxanlı, AYB-nin Cənub şöbəsinin müdiri Sayman Aruz, AYB-nin İdarə Heyətinin üzvü, şair Səlim Babullaoğlu oldu. Eyni zamanda, Şəhriyar del Geraninin atası Mail Hacıyev də söhbətə telefonla qoşuldu.

PROQRAMI DİNLƏ

Şahnaz Bəylərqızı:

- Azərbaycan hökumətinin İranda saxlanan 2 şairin azadlığa buraxılması yönündə atdığı addımları yetərli bilirsizmi?

Şəhriyar del Geraninin atası Mail Hacıyev:

- Yetərli bilirəm. Xarici siyasətimizi bəyənirəm və minnətdarlığımı bildirirəm. Eyni zamanda İrandan narazılığım var, düzdür, oğlum ordadır. Amma bir şeyi haqq-ədalət naminə deməliyəm, onlar mənimlə telefon bağlantısı yaradırlar. Ancaq bizim dövlətimizə cavab vermirlər. Bundan nigaranam. Bir valideyn kimi, bir vətəndaş kimi və azərbaycanlı kimi. Mən bunun adına dövlətimizə qarşı səhlənkarlıqmı deyim, ya nə deyim... Amma arzulayırdım ki, onlar bizim rəsmilərimizə də cavab verəydilər.

ƏLİYAR SƏFƏRLİ: “NAHAQ İRANA GEDİBLƏR”

Əliyar Səfərli:

- Bu iki şairi mən tanımıram. Amma nahaq İrana gediblər. İrana gedən kimi bunları yaxalayıblar. Bunlar azad insanlardır. Yaradıcılıqla məşğuldurlar. Onlar İrana qarşı heç bir təxribat törətməzlər. İran isə onları həbs edib. İran Azərbaycanın notalarına cavab vermir. İranın Azərbaycanda çoxlu casusları, təxribatçıları, sui-qəsdçiləri var. Onlar belə işlər görmək üçün belə günahsız adamları tuturlar. Və ya başqalarının azad olunması üçün belə günahsız adamları saxlayırlar. İranın siyasəti başdan-başa təxribatdır, hiylədir, şərdir.

- Əliyar bəy, hələlik saxlananlarla bağlı rəsmi açıqlama yoxdur. Ona görə bəlkə konkret danışmayaq. Həmin şairlər niyə saxlanıb açıqlanmır, bəlkə onların da bir günahı var? Ona görə birmənalı ittiham irəli sürmək də yaxşı çıxmaz.

- İran axı heç bir söz demir, məlumat vermir. Fərid yaxınlarına zəng vurub ki, narahat olmayın, yaxşıyam. Əlbəttə, bu sözlər doğru deyil. İran onu məcbur edib, o da ailəsilə
sağdan sola: Əliyar Səfərli, Sayman Aruz və Səlim Babullaoğlu
sağdan sola: Əliyar Səfərli, Sayman Aruz və Səlim Babullaoğlu
söhbətdə bu sözləri təkrar edib.

- Bəs Azərbaycan neyləməlidir? Bakının atdığı addımlar yetərlidirmi sizcə?

- Azərbaycan neyləməlidir? Notalar göndərib. İran təxribatçılarını zərərsizləşdirib. Başqa neyləməlidir?

“DEYİRLƏR Kİ, MİQRASİYA PROBLEMİ VAR, AMMA MƏN BUNA İNANMIRAM”

Sayman Aruz:

- Bu uşaqların ora getməsindən mənim xəbərim yox idi. Yoxsa onlara hansısa tapşırıqlar verərdik ki, belə danışmayın, hər adamla oturmayın. Doğrusu, ağlımın ucundan da keçməzdi ki, sadə Azərbaycan vətəndaşlarına qarşı belə təxribatlar olsun. Onlar heç bir partiyanın üzvü deyillər, heç bir siyasi fəaliyyətləri yoxdur, heç bir bəyanatla çıxış etməyiblər. Uzağı bunlar İranda millətçilikdən, bütöv Azərbaycandan, demokratiyadan, insan haqlarının pozulmasından danışa bilərdilər. Ancaq bu da İran hakimiyyətinə onları saxlamağa əsas vermir. Onları uzağı Təbriz konsulluğuna təhvil verə bilərdilər. Bir qədər əvvəl bizim bir alimimiz də həbs olunmuşdu, 1 ilə yaxın saxlandı. Hətta mənim yoldaşımı da 1 sutka saxlayıb sorğu-sual etmişdilər. Onda da miqrasiya problemini əsas göstərmişdilər, indi də. Çünki başqa əsas göstərə bilməzdilər. İndi də həmin gənclər zəng vuranda deyiblər ki, miqrasiya problemi var. Ancaq mən buna inanmıram. İrana gediş-gəliş sərbəstdir. Viza tələb olunmur. Konsulluğa da xəbər etmək vacib deyil.

“BU ŞAİRLƏRİN YARADICILIĞI DA ONLARIN SAXLANMASINA İMKAN VERMİR ”

Ş.B:

- Səlim bəy, sizcə, neyləmək lazımdır ki, bu gənclər buraxılsın?

Səlim Babullaoğlu:

- Mayın əvvəlində mən bir bəyanat hazırladım, onu da İran hökumətinə, ali dini rəhbərinə, prezidentinə və burdakı səfirliyə göndərdim. Sonradan bu müraciətə 55 nəfər də qoşuldu.
soldan sağa: Səlim Babullaoğlu və Sayman Aruz
soldan sağa: Səlim Babullaoğlu və Sayman Aruz
Mən onda da demişdim, indi də deyirəm ki, Fəridin və Şəhriyarın yaradıcılığında nə İran əleyhinə, nə də İran-Azərbaycan münasibətləri kontekstində yazıya rast gəlmişəm. Yəni bu şairlərin yaradıcılığı da onların saxlanmasına imkan vermir. Bir az gec, bir az tez bu gənclər azad olunacaqlar. Və həqiqəti yalnız o zaman biləcəyik, yəni niyə və hansı səbəbdən saxlandıqlarını öyrənəcəyik.

“HANSISA BLANKI SƏHV DOLDURMAQ ADAMLARI 26 GÜN SAXLAMAĞA ƏSAS VERMİR”

- Sizcə, niyə saxlanıblar?

- Onlar valideynləri ilə danışanda miqrasiya problemi olduğunu deyiblər. Problemin adı olar da. Nədir miqrasiya problemi? İrana gediş-gəliş sərbəstdir. Hansısa blankı səhv doldurmaq adamları 26 gün saxlamağa əsas vermir. Mən bir qədər əvvəl bəyanatdan danışırdım. O bəyanatı Polşa, Türkiyə, Rusiya və Qırğızıstan pen-klublarına göndərdim, eləcə də tanıdığım nüfuzlu ədəbiyyat təşkilatlarına və ədəbiyyatçılarına göndərdim. Sağ olsunlar, Polşa Pen klubunun prezidenti Adam Pomorskiy həmin bəyanatı ingiliscə hazırlayıb İran hökumətinə göndərdi, eyni zamanda, “Pen”in mərkəzi ofisinə məlumat verdi. Türkiyə Pen Mərkəzinin üzvü və BİSAM İdarə Heyətinin üzvü Yeşim Ağaoğlu bura qoşuldu, Özbəkistanın xalq yazıçısı Xurşid Davron qoşuldu, “Novaya yunost” jurnalının baş redaktoru Qleb Şulpyakov və başqaları qoşuldular. Mən bu addımı ona görə atdım ki, heç olmasa bu, uşaqların qayıtmasına təsir edər. Onları saxlayan tərəf anlayar ki, bu adamlar həm Azərbaycan vətəndaşı, həm də ədəbiyyatçı kimi əhəmiyyətli adamlardır. Bunlarla qanunsuz rəftar etməsinlər. Bir də onu deyəcəm ki, son zamanlar 2 ölkə münasibətlərində gərginlik var. Amma gərək hamı bir şeyi bilsin, biz İranla qonşuyuq. Gərək körpüləri yandırmayaq.

ƏLİYAR SƏFƏRLİDƏN TƏKLİFLƏR

Ə.S:

- Bu 2 cavan şair azad olunmalıdır. Onların günahı, təqsiri yoxdur. İran isə başdan-başa zülm, istibdad yeridir. Güney Azərbaycanda 40 milyon insanın durumu həddən artıq ağırdır, kölə halındadır. Ana dilində təhsil ala bilmir, xalq ədəbiyyatını, dilini, tarixini, etnoqrafiyasını öyrənə bilmir. Eyni zamanda Güney Azərbaycanın ensiklopediyası yaradılmalıdır, xəritəsi hazırlanmalıdır. Burda Azərbaycan Respublikasında yaradılmalıdır. Biz Güney Azərbaycanla bağlı bəzi məsələləri həll etməliyik, çoxlu elmi kadrlar hazırlamalıyıq. İransa Azərbaycanda elm və təhsil sisteminə müdaxilə edir. İranda Azərbaycan dilində bircə kurs da yoxdur, amma İranın burda məktəbləri var, kitabları var.

- İran bunu daxili işlərinə müdaxilə saymazmı?

- Onsuz da İran daxili işlərimizə müdaxilə edir. İranın Azərbaycanda nə qədər desən
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
kitabları satılır. Onların əksəriyyəti fanatizmdir, pan-farsizmdir. Demokratik, dünyəvi məzmunda yazılmayıb. Mən elə düşünürəm ki, İranın Azərbaycanda yaydığı dini, fanatik kitabları qadağan etmək lazımdır. İran təxribatçılığına qarşı mübarizə aparmaq lazımdır. İran Azərbaycanda dini inqilab etmək istəyir. Amma biz dini yox. demokratik ölkə qururuq.

“BÖYÜK ŞEİR ƏNƏNƏSİ OLAN ÖLKƏDƏ ŞAİRİN TOXUNULMAZLIĞI NƏZƏRƏ ALINMALIDIR”

Şair Sabir Rüstəmxanlı:

- İranın 2 şairə əl qaldırmasına təəccüblənirəm, heyrətlənirəm. Çünki İran deyilən bir ölkə həmişə şeirə, ədəbiyyata münasibətiylə fərqlənib. Böyük şairlərin vətənidir bura. Burda şeirə görə müəllif, şair ittiham olunmamalıdır, həbs olunmamalıdır. Böyük şeir ənənəsi olan ölkədə şairin sözünün müqəddəsliyi və toxunulmazlığı nəzərə alınmalıdır.

- Sizcə, onlar şeirlərinə görə saxlanıblar?

- Təkcə şeirlərinə görə yox. İki ölkə arasındakı gərginlik həlledici rol oynayıb. İranda anti-Azərbaycan təbliğatı güclənir. Bunlar hamısı ondan irəli gəlir ki, onlar 35 milyon azərbaycanlıdan, Azərbaycan Respublikasının güclənməsindən narahatdırlar.
XS
SM
MD
LG